Gözəllik kraliçası uşaqları porno biznesinə cəlb edib
Tarix: 09-10-2015 | Saat: 22:24
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər
O, hətta qohumlarının uşağını da bu işə qatıb.
Kaliforniya ştatının Orenc dairəsinin sakini uşaq pornoqrafiyasının istehsalı və yayılması ilə şübhəli bilinərək saxlanılıb, America.ru məlumat yayıb.
Gözəllik müsabiqəsinin keçmiş qaliblərindən biri Meqan Brienna Elt öz qohumlarının ailəsindən olan 4 yaşlı uşağı belə bu işdə istifadə edib.
Yerli polisin verdiyi məlumata əsasən, 25 yaşlı kaliforniyalı qadın San-Dieqoda uşaqların istismarı ilə mübarizə qrupunun əməkdaşları tərəfindən həbs edilib.
Həbsdən sonra porno çəkib satdığını, bu iş üçün hətta qohumlarının uşağını da istifadə etdiyini etiraf edib.
O, uşaqların iştirakı ilə açıq-saçıq şəkilləri ABŞ-ın Cənubi Kaliforniyada yerləşən dəniz piyadaları üçün pul və hədiyyə müqabilində satdığını etiraf edib. Meqan Elt həmçinin yetkinlik yaşına çatmayanlar ilə onlayn intim xidmətlər satıb.
Qadının həbsi üçün səbəb hərbi-dəniz istintaq departamenti tərəfindən təqdim edilmiş informasiya olub. Məhkəmə onun üçün zamin məbləğini 100 min dollar həcmində təyin edib.
Bildirilib ki, ittiham edilən şəxs San-Klemente və İrvində “Son günlərin müqəddəsi İsa Məsih” kilsəsində könüllü olarkən uşaqlarla işləyirmiş.
Meqan Elt 2014-cü ildə Orenc dairəsinin gözəli seçilib, o, həmçinin Kaliforniya ştatının gözəllik müsabiqəsində iştirak edib.Oxu.Az
Xəbəri paylaş
8988 dəfə oxunub.
Digər xəbərlər

1-10-2016, 15:43
İqlimşünas alimdən DƏHŞƏTLİ PROQNOZ: 30 illik qış gəlir
9-08-2017, 22:55
İstifadəsiz qalan quyudan neft çıxdı: insanlar təşvişdə - VİDEO
19-04-2018, 12:25
Toy edənlərə xəbərdarlıq
6-05-2017, 18:37
İbrahimoviç: Liderlik əldən getdi
26-06-2017, 11:18
Ölkənin bütün məscidlərində bayram namazı qılınıb
19-12-2015, 23:31
Putin Ukraynada erməni və gürcü məmurların davasından danışdı – VİDEO
5-11-2015, 20:07
Gizlicə uşaq doğan Səidə Dadaşovanın “əri” evli imiş - FOTO + AUDİO
11-09-2015, 02:40
Sentyabrın 11-də saat 10:00-dan 18:00-dək bu rayonlarda qaz olmayacaq
20-07-2015, 11:12
Argentinada gözəl qol - VİDEO
5-11-2016, 00:47
WhatsApp-da narkomaniya reklam olunur