400 minlik maşın icra başçısınındır? - AÇIQLAMA
Tarix: 07-10-2015 | Saat: 17:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bir neçə gün əvvəl “Laçın” ticarət mərkəzinin rəhbərliyi ilə yol polisi arasında mübahisə yaranmışdı. Mübahisəyə səbəb yol polisinin “Laçın”ın qarşısındakı dayanacağa parkomat qoymaq istəməsi olmuşdu.
Polis həmin meydançada maşınların dayanmasını qadağan etmişdi. Ticarət mərkəzinin rəhbərliyinin əsas arqumenti bu idi ki, həm müştərilər, həm də “Laçın”da alver edənlər maşınlarını bu dayanacaqda saxlayırlar. “Bu qadağa ticarət mərkəzinin müştərilərinin sayının azalmasına səbəb olacaq” – deyə rəhbərlik bildirib.
Sonradan bu mübahisə böyüyüb. Ticarətçilər etiraz olaraq yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə Nizami Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Arif Qasımov gəlib. Bundan sonra mövzu dəyişdi. Bəzi saytlar yazdılar ki, başçı hadisə yerinə 400 minlik Rolls-Royce Phantom maşını ilə gəlib. Saytlarda həmin avtomobilin fotosu da yayılıb.
Xeberaz.az xəbər verir ki, Musavat.com bu iddia ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu verib. İH-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən maşın Arif Qasımovun deyil. Həmçinin deyilib ki, icra başçısı məlum hadisə zamanı əraziyə özünün xidməti avtomobili ilə gedib.
Araşdırmalar zamanı o da məlum olub ki, Rolls-Royce Phantom maşını “Laçin” ticarət mərkəzinin sahibi Məsud Vəliyevə məxsusdur.
Xəbəri paylaş
7668 dəfə oxunub.
Digər xəbərlər

9-03-2016, 15:02
''Novruz bayramına qədər əfv olacaq''
27-01-2017, 14:24
Niyam Salaminin bu şəkilləri 6 saata çəkilib – VİDEO - FOTO
3-12-2021, 20:38
Göyçayın baş həkimi işdən ÇIXARILDI
18-08-2017, 16:05
Heykəltəraş olacaqdı, şəhid oldu - Samir Kaçayevin həyat hekayəsi
21-09-2017, 16:11
İkinci dəfə ana olmağa hazırlaşan Safurə ad günü etdi - fotolar
21-06-2016, 10:41
Bakıda həkimlər xəstəyə dəhşətli işgəncə verdi
11-09-2015, 21:13
Şəhriyar Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı
6-05-2017, 11:51
Azərbaycanlıların eynək zövqü: İnsanları korluğa aparan amillər - Ekspertlərin həyəcan təbili...
27-12-2017, 21:35
Çayçının samovarını OĞURLADILAR
29-03-2015, 15:53
İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayı artır