Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayı artır
Tarix: 29-03-2015 | Saat: 15:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayı artır
“Şimali Qafqazdan olan 1500-dən çox şəxs Suriya və İraqda “İslam Dövləti” yaraqlıları sıralarında vuruşur”.

Bunu Kremlin Şimali Qafqaz Federal Dairəsindəki nümayəndəsi Sergey Melikov iddia edir.

Sergey Melikov martın 26-da Pyatiqorskda jurnalistlərə deyib ki, İŞİD təşkilatının ideologiyası Şimali Qafqazda yayılır və bu çox təhlükəlidir. Melikov bunu önləmək üçün addımların atılmasının gərəkli olduğunu deyib.

S.Melikov deyir ki, İraq və Şuriyada vuruşan Şimali qafqazlı döyüşçülərə evlərinə qayıtlmaq da çətindir. O, iddia edir ki, Suriyada döyüşəndən sonra Şimali Qafqaza geri qayıdanlardan ən azı 5 döyüşçü 2014-cü ildə terrorizmə qarşı mübarizədə öldürülüb. Ancaq Melikov onların adını açıqlamayıb.

Rusiya dövləti və təhlükəsizlik orqanları İŞİD döyüşçülərinə müraciətdə onları “gizli quldurlar” adlandırır.

S.Melikov deyir ki, bu “gizli quldurlar” indi fəal deyil: “Gənclərin həmin qruplaşmalara qatılmasının qarşısını almaq üçün addımlar atılmalıdır”.

Melikovun şərhləri Suriyada və İraqda vuruşmağa gedənlərin axınının olmasına və Şimali Qafqazda radikallaşmaya sübutdur.

Bu məsələyə çeçen lideri Ramzan Kadırov da önəm verir. O, çeçenlərin Suriyada vuruşmağa getməsini əvvəllər inkar etmişdi.

Ramzan Kadırov

R.Kadırov daha sonra iddia edirdi ki, Suriyada döyüşən bir çox etnik çeçenlər Çeçenistandan deyil, Avropadan gələnlərdir.

Son həftələrdə Rusiyanın təhlükəsizlik və hökumət rəsmiləri də Suriyada rusların vuruşmasını inkar etmir.

Fevralda isa təəccüblü addım atılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Vaşinqtonda jurnalistlərə İraqdakı döyüşçü qruplarının tərkibində 1700-ə qədər rusiyalının ola biləcəyi ehtimal etdiklərini deyib.

A.Bortnikov qeyd edib ki, bu vəziyyətdə Rusiya və ABŞ arasında İŞİD-lə əlaqədar kəşfiyyat məlumatları bölüşdürülür.

Bortnikovun etiraflarından sonra Melikov diqqəti Şimali Qafqazdaki İŞİD təhlükəsinə çəkib. O bildirib ki, İŞİD Şimali Qafqaz regionunda universitet tələbələrini öz sıralarına çəkir.

Kreml Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev bildirib ki, Moskva Şimali Qafqaz regionu ilə İŞİD arasındakı əlaqədən narahatdır.

Nikolay Patruşev

Bəs rəsmilərin bu məsələdə fikirlərinin dəyişməsinin səbəbi nədir?

Birinci səbəb əvvəllər Şimali Qafqazın “Qafqaz əmirliyi” ilə bağlı olan bir sıra hərbi qrupları indi İŞİD lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içmələridir.

Başqa səbəb odur ki, Rusiya vətəndaşlarının Suriya və İraqda hərbi qruplara qoşulması davam edir.

ABŞ Dövlət Departamenti martın 26-da “Qafqaz əmirliyi” lideri Əliəshab Kebekovu “xüsusi qlobal terrorçu” kimi səciyyələndirib.

Suriyada vuruşan qafqazlılar regiona da təhlükədir. Ekspertlər martın 15-16-da regionda keçirilən antiterror əməliyyatlarını İŞİD yaraqlılarının regiona təhlükəsinə cavab kimi qiymətləndirib.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
23-04-2017, 21:15 "Qarabağ" kuboku aldı

bütün xəbərlər
____ Instagram ___