Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər
Tarix: 03-10-2015 | Saat: 13:37
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər
Üç əməkdaş ölüb, 30-dan çox adam itkin düşüb.
Kunduzda yerləşən “Sərhədsiz həkimlər” qeyri-hökumət təşkilatının xəstəxanası aviahücumdan zərər çəkib.
Xəbəraz.az Lenta.ru-ya istinadən xəbər verir ki, üç əməkdaş həlak olub, 30-dan çox adam isə itkin düşüb.
Binada həmin an 105 xəstə və onların himayədarları, eləcə də 80-dən çox tibb işçisi olub.
“Biz hücumdan, əməkdaşlarımızın və xəstələrimizin qətlindən Kunduzda səhiyyənin çiyinlərinə düşən ağır yükdən çox sarsılmışıq”, - humanitar təşkilatın direktoru Bart Yanssens deyib.
NATO-nun Əfqanıstandakı nümayəndəsinin ehtimalına görə, hospitala ziyan ABŞ HHQ-nin (Hərbi hava qüvvələri) zərbələri nəticəsində vurula bilərdi. O izah edib ki, Amerika aviasiyası şənbə günü səhər məhz bu rayonu bombardman edib.
“Zərbə yaxınlıqda yerləşən tibbi müəssisəyə ziyan vura bilərdi. Bu hadisə araşdırılır”, - Reuters hərbçinin sözlərindən sitat gətirib.
“Sərhədsiz həkimlər” dörd xəstəxanada: Kabul və şərqdə qonşu olan Hostda, şimalda Kunduzda və ölkənin şimalında yerləşən Laşqarqahda yardım göstərirlər. 2014-cü ildə onlar 8 minə yaxın əməliyyat və 300 mindən çox konsultasiya keçiriblər, 40 min doğuş qəbul ediblər.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

16-08-2017, 11:21
Xəzərdə zəlzələ olub
7-05-2015, 15:59
“Günahı olan qorxmasın…”
24-11-2016, 23:25
Cinsi fəaliyyəti artıran bitkilər
11-04-2017, 17:10
Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum olub
14-12-2018, 19:47
Arvadına sataşdığı üçün əmisi oğlunu döyən şəxs saxlanılıb - RƏSMİ
14-04-2017, 20:19
Mədinə Məlik öz qrupunun solistini belə təbrik etdi - FOTO
22-05-2019, 10:11
Sabunçunun prokuroru vətəndaşın evini zorla əlindən alıb
28-10-2015, 16:53
MTN əməkdaşları şəhid ailəsinin 740 min dollarını əlindən alıb - İTTİHAM
13-04-2016, 14:49
Daha bir direktor işdən qovuldu
16-04-2018, 10:59
İrəvan qarışdı: əhali mərkəzi yolları bağladı... - Video