Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər
Tarix: 03-10-2015 | Saat: 13:37
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər

Əfqanıstanda “Sərhədsiz həkimlər” xəstəxanasını bombardman ediblər
Üç əməkdaş ölüb, 30-dan çox adam itkin düşüb.

Kunduzda yerləşən “Sərhədsiz həkimlər” qeyri-hökumət təşkilatının xəstəxanası aviahücumdan zərər çəkib.

Xəbəraz.az Lenta.ru-ya istinadən xəbər verir ki, üç əməkdaş həlak olub, 30-dan çox adam isə itkin düşüb.

Binada həmin an 105 xəstə və onların himayədarları, eləcə də 80-dən çox tibb işçisi olub.

“Biz hücumdan, əməkdaşlarımızın və xəstələrimizin qətlindən Kunduzda səhiyyənin çiyinlərinə düşən ağır yükdən çox sarsılmışıq”, - humanitar təşkilatın direktoru Bart Yanssens deyib.

NATO-nun Əfqanıstandakı nümayəndəsinin ehtimalına görə, hospitala ziyan ABŞ HHQ-nin (Hərbi hava qüvvələri) zərbələri nəticəsində vurula bilərdi. O izah edib ki, Amerika aviasiyası şənbə günü səhər məhz bu rayonu bombardman edib.

“Zərbə yaxınlıqda yerləşən tibbi müəssisəyə ziyan vura bilərdi. Bu hadisə araşdırılır”, - Reuters hərbçinin sözlərindən sitat gətirib.

“Sərhədsiz həkimlər” dörd xəstəxanada: Kabul və şərqdə qonşu olan Hostda, şimalda Kunduzda və ölkənin şimalında yerləşən Laşqarqahda yardım göstərirlər. 2014-cü ildə onlar 8 minə yaxın əməliyyat və 300 mindən çox konsultasiya keçiriblər, 40 min doğuş qəbul ediblər.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___