Kürdəxanıda məmur-vətəndaş qarşıdurması
Tarix: 27-09-2015 | Saat: 16:35
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları Kürdəxanı qəsəbə sakininin öz torpaq sahəsinin ətrafına çəkdiyi hasarı söküblər
Bu məlumatı öz facebook səhifəsində tanınmış vəkil Aslan İsmayılov paylaşıb.
A.İsmayılov bildirir ki, qanun əsasında torpaq sahəsinə 1 metr hündürlüyündə hasar çəkdirən Kürdəxanı sakini Abbas Quliyevin üstünə bu gün Sabunçu RİH adından Bəhruz Həsənov adlı bir nəfər gəlib. B.Həsənov torpaq sahibini və tikinti aparan fəhlələri söyür, tikilmiş hasarı sökdürür.
“RİH başçısı Adil Vəliyevin göstərişi ilə orada olan 10 PB 588 nömrəli “Volkswagen” markalı maşında gələn Sabunçu Rayon İcra Hakimiyyətinin Həbib adlı işçisi, Kürdəxanı İH nümayəndəsi Rafiq Rzayev və Kürdəxanı bələdiyyəsinin sədr müavini Pərviz Dadaşov adlı şəxslər isə həmin Bəhruz Həsənovun etdiyi özbaşnalıqlara göz yumub hasarı sökməsinə şərait yaradırlar.
Bu özbaşnalıq 5 gündür davam edir və bu barədə şəxsən 102 xidmətinə, Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinə və Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin rəhbərliyinə dəfələrlə şəxsən bildirmişəm. Bu günə qədər heç bir tədbir görülməyib. Bunun adı sadəcə dərəbəylikdir” - deyə A.İsmayılov yazır.(virtualaz.org)
Xəbəri paylaş
7138 dəfə oxunub.
Digər xəbərlər

13-01-2020, 19:47
İran Trampı məhkəməyə verir - Süleymaniyə görə...
21-10-2019, 16:02
Prezident onlarla bağlı sərəncam imzaladı
22-06-2018, 15:45
Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi
19-02-2016, 23:07
Rayonlara zəng etmək pulsuz oldu: Limitsiz danış - VİDEO
18-07-2015, 11:23
"Bozbash pictures" transseksual Hətəmpaşanı - belə ələ saldı - VİDEO
19-10-2016, 01:20
Donetskdə növbəti qurbanların adı gündəmdə
20-02-2017, 15:56
Məşhurlar efirdə Şahin üçün göz yaşı tökdülər - VİDEO
24-10-2021, 10:06
”Azadlıq Residence" MMC VƏTƏNDAŞA QARŞI... - “Ədalətin bərpası üçün mənə kömək edin...”
21-08-2015, 13:43
“Samsung” özünün yeni “Samsung Pay” ödəniş xidmətini istifadəyə verib
29-01-2019, 14:29
Sahil Babayev pensiyalardan danışdı – Ciddi artım olacaq