İran Trampı məhkəməyə verir - Süleymaniyə görə...
Tarix: 13-01-2020 | Saat: 19:47
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin öldürülməsi əmrini verdiyinə görə ABŞ Prezidenti Donald Trampı məhkəməyə verəcək.
"Xeberaz.Az" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi bildirib.
“Biz ABŞ Prezidentini əsas təqsirləndirilən şəxs kimi qəbul edirik”, - deyə İran Ali Məhkəməsinin sədri vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ ilə İran Ali Məhkəməsinin nəzdində İnsan Hüquqları Şurası və Xarici İşlər Nazirliyi məşğul olmalıdır.
Ali Məhkəmənin sədri bununla bağlı hansı beynəlxalq təşkilata müraciət ediləcəyi haqda məlumat verməyib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
Xəbəri paylaş
4578 dəfə oxunub.
Digər xəbərlər

22-07-2022, 02:58
Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!
7-01-2017, 10:29
Dünya birjalarında neft bahalaşıb
26-07-2018, 12:19
Qayıqla Azərbaycana narkotik və silah gətirən iranlılar HƏBS EDİLDİ
3-01-2020, 18:40
“EuroHome”da tikinti-quraşdırma işləri dayandırıldı - FHN
29-03-2017, 20:28
Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən…
1-07-2015, 17:14
Ermənistanda zabiti öldürdülər
15-04-2017, 22:46
Fərda yenə əsəbiləşdi: "Yazıqdılar..."
17-02-2016, 15:09
Gəncədə müəllimlərin küçə təmizləməsi xəbəri ilə bağlı – AÇIQLAMA
26-11-2016, 18:46
Gəncliyi və dəri gözəlliyini qoruyan qızıl siyahı
9-05-2022, 13:13
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb - FOTO