Qarpız satan azərbaycanlı internetin ulduzu oldu - FOTO
Tarix: 03-09-2015 | Saat: 17:28
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
“Bura mənim çox xoşuma gəlir”.
Bu yaxınlarda Minsk bazarında qarpız satan Belarus dilli azərbaycanlı internet ulduzuna çevrilib.
“Naşa Niva” qəzeti satıcını tapıb və onunla belaruslar, dil və qarpızlar barədə söhbət edib.
Qərb bazarından çıxışda ortaboylu kişi dayanıb. İnsanlar ona yaxın satılan malı çəkdirir və pulu ödəyirlər. Cavabında isə Ramil onlara: “Dzyakuy vyaliki, smaçna estsi!” deyir.
“Mən artıq 19 ildir ki, Belarusdayam. Bura çox xoşuma gəlir, xalqınız çox mehribandır. Burda azərbaycanlılara olan münasibət xoşuma gəlir”, - Ramil danışır.
“İşləyirik, insanlarla ümumi dil tapmağa çalışırıq. Belarus dili çox xoşuma gəlir. Bir az danışmağa çalışıram (gülümsəyir). 19 il ərzində yalnız axmaq Belarus dilini öyrənməz”.
Ramil çox utancaqdır. Amma biz əhvalatı danışdıqda o, öz həmkarlarını “NN”-nın məqaləsinə baxmağa çağırdı.
“Mən hələ Belarus dilini öyrənirəm. Hansısa sözün mənasını bilmədikdə onu yerlilərdən soruşuram”.
Ramil qeyd edir ki, təcrübəni əsasən yaşlı nəsildən öyrənir.
“Mənə elə gəlir ki, belaruslar öz dillərindən qorxmurlar, sadəcə ondan utanırlar. Amma ola bilər ki, onlara kimin isə başqa cür baxacağını düşünürlər. Mənə isə maraqlıdır, mənim utanacağım heç nə yoxdu, bu əcdadların dilidir”.
Ramil deyir ki, əvvəlcə yalnız ifadələri öyrənib:
“Mən: “Kali laska, padıxodztse bez çarqi!”. Sonra – “Mojatse qroşı zauytra prınestsi” deyirdim”.
Səmimi söhbətdən sonra Ramil redaksiyaya qarpız hədiyyə etmək qərarına gəldi. O, 9 kiloqramlıq qarpızı seçdikdən sonra soruşdu:
“Redaksiyada neçə nəfərsiz? Daha böyüyü lazımdı!”.
“Yaxşı qarpızı necə seçmək olar?” sualına Ramil cavab verdi ki, hansı qarpızın yaxşı olduğunu öyrənmək üçün onunla 15 il bərabər işləmək lazımdır.
Puldan imtina etdi, sonda isə bərkdən: “Dzyakuy vam, syabrı!” dedi.
Redaksiyada qarpızın əla olduğunu bildirdilər.
Sözsüz ki, qalan satıcılar da kiminsə müsahibə götürdüyünü gördülər. Yaxınlıqda olan azərbaycanlı bizdən xarici olub-olmadığımızı soruşdu.Oxu.Az
“Sadəcə siz rusca yox, belarusca danışırsız, ona görə elə bildim ki, xaricisiz”.
Xəbəri paylaş
1 0208 dəfə oxunub.
Digər xəbərlər

6-07-2022, 12:46
Avtomobil sahiblərinin işi asanlaşacaq - Yeni qayda
10-09-2022, 12:14
"Leyla Medical Center"də ÖZBAŞINALIQ: "Bu qədər laqeydlik və insafsızlıq olmaz" - ŞİKAYƏT
10-10-2019, 18:23
“Dedim ki, Hacı, məni saxlama, məni al” - Xatun
8-05-2023, 09:30
Nazilə Səfərli öldürülən məşhur həkimlə bağlı ilginc faktları açıqladı: Onu qarabaqara izləyirdi - FOTO
5-10-2016, 20:19
Qızını zəncirləyən ataya ÖMÜRLÜK HƏBS TƏLƏBİ
29-09-2016, 12:45
Bakıda sərnişin avtobusu qəzaya uğradı
30-09-2016, 09:30
KLASSİK GEYİMLİ, CİDDİ OBRAZLI HƏBİB FƏRƏCOV – FOTOSESSİYA
23-02-2017, 22:28
Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ
24-03-2021, 16:46
“İsfəndiyar Axundov 5 milyona 2 “Lamborghini”, 2 “Ferrari” aldı”
9-04-2017, 19:58
Vladimir Solovyov: Qarabağa dəfələrlə getmişəm, üzr istəməyə və mövqeyimi dəyişməyə hazırlaşmıram