Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızını zəncirləyən ataya ÖMÜRLÜK HƏBS TƏLƏBİ
Tarix: 05-10-2016 | Saat: 20:19
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qızını zəncirləyən ataya ÖMÜRLÜK HƏBS TƏLƏBİ


8 ildir atası tərəfindən əqli qüsurlu olduğuna görə İmişli rayonunda daxmada zəncirlənərək saxlanılan Pərvanə paytaxtda yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirilib. Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir.
Bu barədə Publika.az-a İmişli İcra Hakimiyyətindən məlumat verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Publika.az-a bildirib ki, artıq bu faktla bağlı İmişli rayon İcra hakimiyyətinə rəsmi müraciət edilib: “Komitə əməkdaşlarımız Pərvanə ilə görüşəcək. Əməkdaşlarımızın İmişli rayona ezam edilməsi planlaşdırılır. Faktla bağlı artıq cinayət işi açılıb. Bizdə olan məlumata görə, atasının əqli baxımdan xəstə olmağı ilə bağlı bizə məlumatlar daxil olub. Məlumata görə, atasının yaxın qohumları onu məsuliyyətdən azad etmək üçün bu üsula əl atmaq istəyib. Bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişik. Güman edirik ki, buna yol verilməyəcək. İcra Hakimiyyətindən bizə rəsmi cavab veriləndən sonra Pərvanə ilə bağlı bütün lazımı tədbirlər görüləcək. İcra hakimiyyətində məişət zorakılığı ilə bağlı Monitorinq qrupları da bu işlə məşğul olacaq”.
T.İbrahimova 8 il Pərvanənin yaşadığı bu həyata görə bir çox qurumun məsuliyyət daşıdığını dedi: “Bununla bağlı qonşular, icra nümayəndəliyi, sahə müvəkkilinin də xəbəri olub. Əslində elə bu faktlara yanaşmanı dəyişməliyik. Bir çox məmurlar bunu ailə məsələsi hesab edib müdaxilə etmirlər. Lakin bu cür yanaşmadan qurtulmaq lazımdır. Məişət zorakılığı ilə bağlı qanun qəbul olunub. Dərhal müdaxilə edilib, tədbir görülə bilərdi. Burada məsuliyyətsizlik var. Həmin şəxslər barədə də lazımı tədbir görülməlidir”.
Atasının məsuliyyətinə gəldikdə, T.İbrahimova yalnız fakt təsdiqini tapandan sonra onun məsuliyyəti barədə danışa bilərik.
Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, bunu ailənin məsuliyyətsizliyi və cahilliyinin qurbanıdır: “Bildiyim qədəriylə o qız çox aqressiv olduğuna görə atası zəncirləyib. Buna səbəb düzgün müalicə edilməməsidir. Əgər atasının həqiqətən qıza qarşı zorakılıq etməsi təsdiq edilərsə, o mütləq cinayət məsuliyyətinə cəlb edilməli və valideynlik hüququndan məhrum edilməlidir. Eyni zamanda dövlət qurumlarının da bu məsələdə üzərinə məsuliyyət düşür. Hər biri öz məsuliyyətini dərk etməlidir. Onlar məsuliyyətlərini dərk etmirsə, demək mexanizmlər zəifdir. Onları oyatmaq lazımdır”.
“Təmiz Dünya” Qadınlara yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, həmin qız psixoloji dəstək mütləqdir: “Atasının bu işdə məsuliyyəti təsdiq ediləndən sonra ona ağır cəza verilməlidir. O qızın bütün hüquqları məhdudlaşdırılıb, həmçinin ona işgəncələr verib. Belə insanlara 17 il həbs, ya da ömürlük cəza verilməlidir”.
Qeyd edək ki, hüquq mühafizə orqanlarından Pərvanənin atası ilə bağlı aparılan araşdırma və nəticəsinin olub-olmaması barədə məlumat ala bilmədik.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___