Azərbaycanlı idmançı məşhur Buakav Bançameki məğlub etdi - FOTOLAR
Tarix: 03-08-2015 | Saat: 11:38
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Honq Konqda muay-tay üzrə "Top King World Series" adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub. İlk yarımfinalda, azərbaycanlı döyüşçü, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib. İlk raund zamanı Xəyalın güclü zərbəsinin qarşısını ala bilməyən Buakav başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. 3 raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib. Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyib. "Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük senssasiya kimi qəbul edilib. Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.
Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın Best of The Best promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançılar məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.
Xəbəri paylaş
1 4768 dəfə oxunub.
Digər xəbərlər

15-10-2015, 17:26
Polis mayoru piyadanı öldürüb hadisə yerindən qaçdı
18-04-2017, 17:51
Ən gözəl və milyonçu analar - FOTO
29-06-2015, 16:47
Azad Rəhimov: Ağlıma belə gəlməzdi ki...
31-03-2022, 11:40
Azərbaycanda daha bir məhsul bahalaşdı - Qıtlıq yaranıb
4-05-2015, 20:14
Tanınmış müğənniyə canlı yayımda evlilik təklifi (VİDEO)
10-03-2017, 12:16
Müğənni Elçin ata olacaq - FOTO
10-04-2023, 12:57
Bakıda çiskinli, rayonlarda yağıntılı hava olacaq - PROQNOZ
30-01-2022, 10:45
Dostlarının evinə qonaq getdilər: Sonra evdən oğurluq etdilər - VİDEO
27-11-2016, 19:11
Azərbaycanda bu sahədə işləyənlərin maaşı 20 faizdən çox artıb
15-08-2022, 12:44
"Anam mənim üçün zibillikdən çanta götürüb" - Elza Seyidcahan