Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bank daha hansı bankları bağlayacaq?
Tarix: 22-07-2015 | Saat: 18:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Mərkəzi Bank daha hansı bankları bağlayacaq?
Normativləri yerinə yetirməyən bəzi banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşib.
“Son günlər sərt qərarları ilə bankları küncə sıxan Mərkəzi Bank onlara bir az nəfəslik vermək qərarına gəlib”.

ANS PRESS-in məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə paylaşdığı bu cümlələrlə Azərbaycan Mərkəzi Bankının (AMB) bank kapitalının adekvatlıq əmsalı barədə ötən ilin dekabrında qəbul etdiyi sərt qərarın icrasına bu il iyul ayının əvvəlində verdiyi möhlət qəraını şərh edib.

Bank kapitalının adekvatlığı dərəcəsi onun etibarlılığını göstərir. Adətən adekvatlılıq dərəcəsi bankın xalis məcmu kapitalının onun banka aidiyyəti olmayan şəxslərə verdiyi kreditlərin dərəcəsinə nisbətinin faizlə ifadəsi olur. Xalis məcmu kapital bankın məcmu kapitalından banka aidiyyəti olan şəxslərin götürdüyü kreditlər çıxıldıqdan sonra müəyyən edilir. Banka aidiyyəti olan şəxslər isə bankda mühüm iştirak payı olan şəxslər, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların yaxın qohumları daxildir.


Samir Əliyev - iqtisadçı ekspert

Hazırda Azərbaycanda bankların adekvatlılıq dərəcəsi üçün norma 12% faiz müəyyən edilib. Yəni banklar kənar şəxslərə xalis məcmu kapitaldan təxminən 8,3 dəfə artıq kredit verə bilərlər. AMB iyunun 1-dən adekvatlılıq dərəcəsini 20%-ə qaldırmaq istəyirdi. Bu, gələn il fevralın 1-inə kimi təxirə salındı. Yeni qaydalara görə, Azərbaycan banklarında adekvatlılıq dərəcəsi 1 fevral 2016-ci ildə 20%-ə qaldırılacaq və mərhələli olaraq bu, 2020-ci ilin iyun ayında 100%-ə çatdırılacaq. Yəni banklar yalnız xalis məcmu kapitalı qədər kredit verə biləcək.



Samir Əliyev ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı bildirib ki, Mərkəzi Bankın tələbləri bu cür sərtləşdirməsi bəzi bankların təsisçilərinin kapitala qoyulan tələbi yerinə yetirmək üçün əl atdığı manevr imkanlarını məhdudlaşdırır: "Adətən, kapitala qoyulan tələbi yerinə yetirə bilməyən təssisçilər kənardan vəsait cəlb edərək banka yatırırlar. Daha sonra həmin vəsaiti kredit kimi götürərək geri qaytarırlar. Bu da bankların fəaliyyətinin risk səviyyəsini artırır".

İqtisadçı ekspertin fikrincə, devlavasiya zərbəsi nəticəsində də bankların kapitalında ciddi problemlər yaranıb: “ Hətta 50 milyon manatlıq həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı ilə üzləşiblər. Ötən il adekvatlıq əmsalı bank sistemində ortalama 19% olduğu halda bu il kəskin azalıb və normadan, yəni 12%-dən aşağı düşüb”.

Samir Əliyev prosesin 8 ay təxirə salınmasında məqsədin bankların konsolidasiyası olduğunu bildirir: “Bu, bankların manevr imkanını məhdudlaşdırır. Yəni Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu isə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar bankların sayının azaldılmasına aparır”.


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___