Bağlanan bankın əmanətçilərinə kompensasiya ödənilməyəcək
Tarix: 19-07-2015 | Saat: 18:46
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Əmanətlərin Sığortalanması Fondu xüsusi bəyanatla çıxış edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Azərbaycan Kredit Bankı"nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: "Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək".
A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.
Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: "Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".
O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.
Xəbəri paylaş
6108 dəfə oxunub.
Digər xəbərlər

8-11-2016, 11:41
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
22-03-2019, 14:30
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
29-01-2016, 17:39
Qaz 21 Satılır
19-01-2022, 08:38
Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı
8-07-2016, 12:32
Nazirlik şagirdlərin "2" qiymət almalarının səbəbini AÇIQLADI
21-05-2016, 13:24
Xatirə Əzizdən gül şeirlər
2-04-2022, 20:56
-İcra başçısı ilə aktrisanı hansı tellər bir-birinə bağlayır?
21-05-2022, 12:06
Van Dammın oğlu ilə ailə quran Suadadan əri ilə bağlı paylaşım-'' Sən Allahdan mənə bir hədiyyəsən ''
16-09-2016, 12:42
Lənkəranskinin anası Zaurun verilişlərinə pul göndərirmiş
3-09-2021, 11:15
Bakıda polis dənizdə batan şəxsi xilas edərkən boğularaq öldü - FOTO