Vahid Qədim niyə axtarışa verilib?
Tarix: 21-11-2018 | Saat: 16:23
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Xəbəri paylaş
7498 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-11-2018 | Saat: 16:23
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən, və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı yayımlanan xəbərə reaksiya verib.
Xəbəraz.Az-ın A24.Az-a istinadən xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.
Qeyd edək ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra ötən gün görüntülənib.Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.
Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.
Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O, "Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.
Xəbəri paylaş
Digər xəbərlər
24-07-2021, 12:46
Səhər limonlu su içməyin FAYDALARI
12-07-2017, 14:17
Leonid Yakuboviç Bakıda "Qarabağ"a azarkeşlik etdi
10-08-2020, 18:32
Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq
11-07-2021, 19:22
Yetim Eyvazın oğlu Akşin Qurbanov intihar etdi?
11-11-2015, 12:39
AYGÜN KAZIMOVA, TÜRKİYƏNİN GÜNDƏMİNDƏ
21-04-2017, 15:22
Sudan xlor iyi gələndə...
23-11-2017, 15:31
Tovuzda intihara cəhd-Bit dərmanı içdi
29-09-2020, 13:00
Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
29-11-2019, 22:33
Bakıda ev yandı - iki azyaşlı zəhərlənərək öldü
16-11-2015, 11:34
Ticarət mərkəzində soyunan gənc qız kişilərin başına oyun açdı VİDEO