Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vahid Qədim niyə axtarışa verilib?
Tarix: 21-11-2018 | Saat: 16:23
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

 
Daxili İşlər Nazirliyi 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən, və uzun müddətdir Rusiyada yaşayan, tanınmış meyxanaçı Vahid Qədimlə bağlı yayımlanan xəbərə reaksiya verib.

Xəbəraz.Az-ın A24.Az-a istinadən xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.

Qeyd edək ki, Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra ötən gün görüntülənib.Meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O,  "Bacım oğlu” adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.


Xəbəri paylaş

7458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___