Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Sükan arxasında narkomanlar, əyyaşlar və “zeklər”, ölənlər isə kasıblar ... - FOTO
Tarix: 2-10-2018, 17:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər


Sükan arxasında narkomanlar, əyyaşlar və “zeklər”, ölənlər isə kasıblar ... - FOTO

Ötən gün paytaxtda daha bir dəhşətli avtobus qəzası baş verdi. Xəzər rayonu, Binə qəsəbəsində yüksək sürətlə hərəkət edən 160 nömrəli sərnişin avtobusu neft çənləri daşıyan qatara çırpıldı, 13 yaşlı bir yeniyetmə öldü, 6-sı azyaşlı olmaqla 35 nəfər ağır yaralandı. Hadisə şahidləri qəza nəticəsində həyatını itirən uşağın tanınmaz halda olduğunu deyirlər. Yaralı məktəblilərdən ikisinin vəziyyəti isə ağırdır.

Bəlli oldu ki, qəzanın səbəbkarı avtobusun 32 yaşlı sürücüsü Əlixan Şıxəliyevdir, əvvəllər də maşınla adam vurub öldürməyə görə həbsdə yatmış, üstəlik narkoman olan bu sürücü  şlaqbauma məhəl qoymayaraq içərisi sərnişinlərlə dolu avtobusla qatarın yoluna çıxıb. Və onu ötüb keçən digər avtobusa çatmağa çalışıb ki, daha çox sərnişin götürə bilsin.

Xeberaz.Az xəbər verir ki, virtualaz.org dəfələrlə sərnişinə 30 qəpik kimi baxan, yüksək sürətlə hərəkət edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, aralarında narkotik istifadəçisi və ya  kriminal keçmişə malik şəxslərin də olduğu sürücülərdən, yaxud sərnişindaşımada kök atmış problemlərdən yazıb. Amma təkcə son 1 ayda avtobusların iştirakı ilə baş verən qəzalar göstərdi ki, vəziyyət dəyişməyib. Xüsusilə Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobuslar onsuz da insan ölümlərinin ucuzlaşdığı bir vaxtda sərnişinlər üçün real təhlükəyə çevrilib. Çünki marşrut sahibləri tərəfindən sürücülük vəsiqəsi olmayanlara, narkotik istifadəçilərinə, əvvəllər ağır cinayətlərə görə məhkum edilmiş residivistlərə sərnişin daşımaq etibar edilir.


Bakı Nəqliyyat Agentliyi rəsmiləri də Bakıətrafı kənd və qəsəbələrə işləyən marşrut avtobusları ilə bağlı çox ciddi problemlərin olduğunu təsdiqləyirlər.   

Sürücüdən dispetçerə şikayət olunub, amma...

Binə qəsəbəsinin sakinləri deyirlər ki, 160 nömrəli avtobusun nə vaxtsa dəhşətli qəza törədəcəyi gözlənilən idi, çünki sürücülərin əksəriyyəti daha çox sərnişin götürmək üçün digər avtobuslarla ötüşür, qırmızı işığa, yol hərəkəti qaydalarına məhəl qoymurlar. Elə bu səbəbdən də sakinlər hadisədən bir neçə gün əvvəl marşruta nəzarət edən dispetçerə sürücülərdən şikayət ediblər.  

Hadisənin şahidlərindən biri qəzanın baş verməsindən danışır. Deyir ki, sürücü keçidi sürətlə keçəcəyini düşünüb, çünki bundan əvvəl də dəfələrlə şlaqbaum bağlı olduğu halda dəmir yol keçidinə daxil olub,  qatarın qarşısında şou göstərməklə ad çıxarıb: "Avtobus sürətlə gəlirdi, şlaqbaum  yarıya qədər endirilmişdi. Amma görünür qatarla aradakı məsafəni düzgün hesablamayıb".  

Dəmiryolu xəttinin yaxınlığındakı evlərin sakinləri isə dəhşətli səsə çıxıblar. Sabir adlı sakin söyləyir ki, bu cür qəzadan sağ çıxmaq əsl möcüzədir. Zərbənin təsirindən qatar reysdən çıxıb, gözətçi köşkünü dağıdaraq dayanıb. "Qatarı beton saxlayıb, yaxşı ki, vaqonlar boş olub, yoxsa partlayış baş verərdi", -Sabir söyləyir.


Avtobus tamamilə yararsız hala düşüb, sürücü də qolundan yaralanıb. Şahidlərdən biri deyir ki, yaralılar can hayında olarkən sürücü təlaşla telefonunu axtarıb, sonra yaxınlarına məlumat verib.  

Övladını məktəbdən gətirən Sədaqət Məmmədova isə deyir ki, bu, 160 saylı avobusun törətdiyi birinci qəza deyil,  tədbir görülməsə sonuncu da olmayacaq. "Qəzada ölən bizim məktəbdə oxuyurdu, evin tək övladı idi. Deyirlər ki, dərsdən sonra hazırlığa qalıbmış. Digər şagirdlər də hazırlıqdan çıxıblarmış", -Sədaqət  gözyaşları içində əlavə edir.

"Çoxu hallıdır, bəzilərinin də sürücülük vəsiqəsi yoxdur" - Sakin

Dərsdən çıxıb hadisə yerinə tələsən məktəblilər də danışırıq, yoldaşlarından narahatdılar. "Eşitdik ki, uşaqlar yaralanıblar, xəbər bilmək istəyirik",- məktəblilərdən biri deyir və əlavə edir ki, dünən sürətlə sürdüyü üçün  elə həmin  sürücü ilə mübahisə edib, asta sürməsini istəyib. Amma əvəzində təhqir olunub, yaşlı sərnişinlərdən heç biri onu müdafiə etməyib.

 


"Siz hələ səhər saat 7-də və ya axşam saat 6-da gəlin. Qapıları bağlamırlar, qapıdan sallanaraq gedirik. Bir əlində siqaret tuturlar, bir əlində çay, mahnının səsindən qulaq tutulur. Etiraz edənlərə də deyirlər ki, bəyənməyən taksi ilə getsin"-məktəblilər deyir.

Amma  taksi sürücüləri də avtobus sürücülərinin qeyri-peşəkarlığından, yol hərəkəti qaydalarına məhəl qoymamalarından şikayətçidirlər. Taksi sürücüsü Araz Babayev 3 ay əvvəl 160 saylı marşrut avtobusu ilə toqquşduğunu, lakin sürücünün xahişi ilə şikayət etmədiyini söyləyir: "Dedi ki, sürücülük vəsiqəsi yoxmuş, amma elə bil hallıydı. Şikayət etsəydim dərisini soyardılar. Maşına dəymiş ziyanı ödədi, mən də şikayətçi olmadım. Qəsəbədir, yenə də üz-üzə gəlirik. Amma yoxlasalar çoxlarının sürücülük vəsiqəsi yoxdur".    

Müsahibimiz Binə qəsəbəsinə işləyən avtobus sürücülərinin çox vaxt sükan arxasında mürgülədiklərini deyir. Onun sözlərinə görə, buna səbəb əksər sürücülərin narkotik istifadəçisi olmasıdır.


A. Babayev hesab edir ki, belə qəzalarda bəlkə də, ən axırıncı günahkar avtobus sürücüləridir. Onlara sürücülük vəsiqəsi verən, işə götürüb reysə çıxaran və gündə 16-17 saat çörəkpuluna işlədən şəxslər isə həmişə kölgədə qalır.

Kim təminat verir ki, Şıxəliyev bir də sükan arxasına keçməyəcək?

Qəsəbə sakinlərindən kimi  160 nömrəli marşrut xəttinin sahibinin iş adamı, "Binə" ticarət mərkəzinin sahibi  Kəbirə Məmmədova, kimi də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu İradə Əliyeva olduğunu söyləyir.

Marşrutun  daşıyıcısı "Ayşən" MMC isə qəzanın baş verməsində  Azərbaycan Dəmir Yolları idarəsinin işçisini günahlandırıb. "Avtobusun sürəti aşağı olub. Sadəcə şlaqbaumu bağlamayıblar", -MMC-dən əlavə ediblər.


Respublika Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, faktla bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsində Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsilə cinayət işi açılıb. Amma sürücünün cəzalandırılması ilə problem həll edilmir. Heç kim Şəxəliyev və onun kimilərin həbsdən sonra növbəti dəfə sükan arxasına keçməyəcəyinə təminat vermir...
шаблоны для dle 11.2

2128 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___