Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Biz Ukrayna hərbçilərini dəstəkləyirik”.
Tarix: 02-05-2015 | Saat: 12:26
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

“Biz Ukrayna hərbçilərini dəstəkləyirik”.

ABŞ Ukrayna ətrafında vəziyyətlə əlaqədar Rusiyaya təzyiqin artırılması imkanlarını nəzərdən keçirir.

Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu bəyanatla Ağ evin nümayəndəsi Coş Ernest çıxış edib.

“Təəssüf ki, biz rusların Minsk danışıqları üzrə səlahiyyətlərini yerinə yetirmədiklərini görürük”, - o bəyan edib. Ernestin sözlərinə görə, Vaşinqtonda bundan məyus olublar.

Ağ evin nümayəndəsi əlavə edib ki, ABŞ Moskvaya iqtisadi təzyiq göstərmək üçün Avropa tərəfdaşları ilə əməkdaşlıq etməyə davam edir.

Bununla yanaşı Ernest bəyan edib ki, Vaşinqton Ukrayna tərəfinin Minsk səlahiyyətlərini yerinə yetirməyə hazır olduqlarını aydın görür. O əlavə edib ki, ABŞ və Avropa tərəfdaşları Kiyevin Donbas üsyançılarına qarşı durmaq üçün atdığı addımları dəstəkləyirlər.

“Biz gözəçarpacaq iqtisadi dəstəyi göstəririk. Biz Ukrayna hərbçilərini dəstəkləyirik, əsasən də onların təlim və hazırlıq məsələlərində. Və bu səylər davam edəcək”, - o əlavə edib.


Xəbəri paylaş

5628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___