Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
 Bakıda ər 21 yaşlı həyat yoldaşına küçədə 18 bıçaq vurdu – FOTO
Tarix: 07-09-2018 | Saat: 17:34
Bölmə:Karusel / Hadisə | çapa göndər


Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.

H adisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.

“Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, - deyə xəstəxanadan məlumat verilib.

Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan  bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

1 1518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___