Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra hakimiyyəti başçısının 1-ci müavininin “məntiqi”-Avtomobillə vurulan şəxs həmin hadisədən bir neçə gün sonra ölə bilməz
Tarix: 06-09-2017 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər

İcra hakimiyyəti başçısının 1-ci müavininin “məntiqi”-Avtomobillə vurulan şəxs həmin hadisədən bir neçə gün sonra ölə bilməz


Bəzi məmur övladlarının özbaşınalığı,harın yaşayış və davranış tərzi artıq cəmiyyətdə ciddi əks-səda yaradıb. Pisi isə odur ki, bəzən onların səlahiyyət sahibi olan ataları vəzifələrini itirmək, “gül balaları”nın tutulmaq qorxusundan övladlarının törətdiyi hadisələrə bəraət qazandırmaq məcburiyyətində qalırlar.

Faktinfo.az xəbər verir ki,ötən həftə mətbuatda verilən bu tipli növbəti açıqlamaya isə  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovun timsalında bir daha şahid olduq.
Belə ki,avqust ayının 22-də Bakı şəhərində Şahmar İbadovun oğlu Elmir İbadovun idarə etdiyi “Range Rover”avtomobili ilə vurulan qadın avqust ayının 28-də vəfat edib. Ş.İbadovun mətbuata verdiyi açıqlamada isə bildirilir ki,övladı tərəfindən avtomobillə vurulan qadının ölümünün səbəbini  onun oğlu ilə bağlamaq səhvdir. Sitat: “Yaşlı qadının ölümü oğlumun qəza törətməsi ilə bağlı deyil. Hadisə avqust ayında baş verib.Düzdür oğlum qəza törədib.Yazıblar ki, hadisə yerindən qaçıb. Bu,tamamilə səhv məlumatdır.O,yaşlı qadını elə yerindəcə maşınına mindirərək,xəstəxanaya çatdırıb.Qadın xəstəymiş,ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz “
Göründüyü kimi,Ş.İbadovun “məntiqi”ndən belə anlaşılır ki,onun oğlu qadını avtomobili ilə vurubsa, o yerindəcə ölməliymiş.Yox,hadisədən 6 gün sonra oglu tərəfindən “Range Rover”lə vurulan qadın ölübsə, hadisəni onun oğlu ilə bağlamaq yanlış addımdır.Yəni maşınla vurulan qadın xəstə olmamalıymış.
Bu özünü “sğorta”cəhdinə cavab olaraq deyə bilərik ki, istənilən halda ölümə səbəb,baş verən hadisə ilə götürülür.Əgər bir insanın böyrəkləri,qaraciyər və digər orqanları xəstədirsə,ancaq o ürək tutmasından ani və ya bir neçə saat sonra ölürsə, onun ölümünə səbəb kimi də ürək tutması qeyd olunur. Eləcə də Şahmar İbadovun oğlu Elmir İbadov tərəfindən maşınla vurulan qadının ölümünə səbəb Ş.İbadovun təbirincə mübtəla olduğu xəstəliklə götürülməməlidir. Elmir İbadov tərəfindən maşını ilə vurulan qadın ən ağır xəstə olsa belə neçə illər yaşaya bilərdi.Bu cür yanaşma yanlışdır.Şahmar İbadov tərəfindən oğlunu sonrakı mərhələ üçün müdafiə cəhdidir ki, mətbuata açıqlamasında sezildi.
Faktinfo.az




Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___