Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Ruzini artıran və kasıblığı aradan qaldıran əməllər
Tarix: 5-09-2018, 12:55 | Saat: 15:47:00
Bölmə:Karusel / İbadət | çapa göndər


Əllamə Məclisi "Hilyətül-müttəqin" kitabının "Xatimə" bölümündə yazır:



Xeberaz.Az islam.az-a istinadən bildirir ki, İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət edilib ki, bir neçə əməl kasıblığa səbəb olar, bəzi əməllər də ruzini artırar.
Kasıblıq gətirən əməllər bunlardır:
- evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq),
- hamamda çimərkən sidik ifraz etmək,
- cənabətli halda yemək,
- ayaq üstə saç daramaq,
- süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq,
- yalandan and içmək,
- zina etmək,
- acgözlük etmək,
- şam və xüftən namazlarının arasında yatmaq,
- sübhdən sonra, Günəş çıxmazdan əvvəl yatmaq,
- çoxlu yalan danışmaq,
- ğinaya (haram musiqiyə) qulaq asmaq,
- axşam dilənən dilənçiyə heç nə verməmək,
- yaşayış xərcini həddən artıq çoxaltmaq (israf etmək)
- yaxınlarla (qohumlarla) pis rəftar etmək.
Var-dövlətin çoxalmasına səbəb olan əməllər isə aşağıdakılardır:
- sübh namazından və əsr namazından sonra təqibat (dua) oxumaq,
- yaxınlara yaxşılıq və ehsan etmək,
- evin həyətini süpürmək,
- öz malını mömin qardaşlarla bölüşmək,
- səhər tezdən ruzi dalınca getmək,
- çoxlu istiğfar etmək (yəni günahlarını bağışlamaq üçün Allaha yalvarmaq),
- camaatın əmlakına xəyanət etməmək,
- düzgün və haqq söz danışmaq,
- müəzzinin (azan verənin) ardınca azanın sözlərini təkrar etmək,
- ayaqyolunda danışmamaq,
- dünyaya həris olmamaq,
- nemət verənə (həm Allaha, həm də ehsan edən insanlara) təşəkkür etmək,
- yalan yerə and içməkdən çəkinmək,
- yeməkdən qabaq əlləri yumaq,
- süfrədə qalmış qırıntıları toplayıb yemək.
Hər kim gündə 30 dəfə "Sübhan Allah" söyləsə, Allah Təala yetmiş cür bəlanı ondan uzaqlaşdırar ki, bu bəlaların ən yüngülü kasıblıqdır.
Şeyx Səduqun "Xisal" və Tacəddin Şəirinin "Cameül-əxbar" kitablarında kasıblığı aradan qaldırmaq və ehtiyaca düşməmək üçün məsumların kəlamlarına əsaslanan bəzi tövsiyələr verilb. Onlardan bəzilərini diqqətinizə təqdim edirik:
İmam Mühəmməd Baqir (ə) buyurub: "Başqalarına yaxşılıq etmək və sədəqə vermək kasıblığı aradan qaldırar, ömrü uzadar və yetmiş cür bəlanı insandan uzaqlaşdırar".
İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kim cümə axşamı günündə bütün dırnaqlarını kəsib, birini cümə gününə saxlasa, Allah kasıblığı ondan uzaqlaşdırar".
Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim dilənmək qapısını bir dəfə açsa, Allah kasıblıq qapılarından birini onun üzünə açar (yəni hər kim ehtiyacı olmadığı halda başqasından nə isə istəsə və ya ruzi qazanmağa gücü çatdığı halda dilənçilik etsə, Allah onu həqiqətən kasıblığa düçar edər)".
İmam Əli (ə) buyurub ki, evə daxil olarkən "İxlas" surəsini oxumaq kasıblığı aradan qaldırar.
Həzrət Peyğəmbər sağ əlin barmağına əqiq üzük taxmağı da kasıblığa qarşı faydalı hesab edirdi. İmam Cəfər Sadiq (ə) bu məqsədlə yaqut üzük taxmağı məsləhət görürdü.
Tacəddin Şəirinin "Cameül-əxbar" kitabında (səh. 125) yazılıb ki, Həzrət Peyğəmbər (ə) kasıblığa səbəb olan iyirmi əməli sadalayıb. Bunları edən adamın ruzisi azalar, bərəkəti çəkilər. Bu əməllərdən bəziləri yuxarıda Həzrət Əlidən (ə) rəvayət edilmiş hədislə oxşardır. Fərqli əməllər isə aşağıdakılardan ibarətdir:
- gecə çılpaq halda yataqdan qalxıb ayaqyoluna getmək,
- yeməkdən əvvəl əlləri yumağı tərgitmək,
- süfrədəki qırıntılara xor baxmaq (yəni onları tapdalamaq və ya zibilliyə atmaq),
- soğanı və sarımsağı odda yandırmaq,
- evin kandarında oturmaq,
- gecə evi süpürmək,
- ayaqyolunda yuyunmaq (övrət yerlərini pak etmək istisna edilir),
- qab-qacağı yumayıb kirli halda səhərə saxlamaq,
- su qabının ağzını örtməmək,
- namaza etinasız yanşmaq,
- məsciddən tez çıxmağa tələsmək (yəni məsciddə ibadətləri tələsik yerinə yetirmək),
- sübh tezdən bazara gedib axşamdan keçmiş qayıtmaq,
- övlada bəd dua və lənət etmək,
- yalan danışmaq,
- paltarı əyində geyilmiş halda tikmək,
- çırağı üfürməklə söndürmək,
- doyduqdan sonra yeməyə davam etmək.
Milli.Az



шаблоны для dle 11.2

6918 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___