“Bu ay işıq pulu çox gəlib” iddialarına - Rəsmi cavab
Tarix: 07-08-2018 | Saat: 19:09
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bu gün sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb. 100-dən çox istifadəçi eyni məzmunlu şikayətlərində elektrik enerjisinin bu aykı sərfiyyatında şübhəli məqamların olduğunu qeyd ediblər. Belə ki, iddiaya görə, iyun ayı ilə müqayisədə iyul ayında da eyni dərəcədə məişət avadanlıqlarından istifadə etsələr də, ötən ay işıq pulu çox gəlib.
Mə sələyə aydınlıq gətirmək üçün “Azərişıq”a müraciət edilib. Qurumun sözçüsü Tanrıverdi Mustafayev burada hər hansı şübhəli məqamın olmadığını bildirib: “Elektrik enerjisindən istifadəyə görə təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.
T.Mustafayev “Azərişıq” tərəfindən quraşdırılan və hazırda vətəndaşların istifadə etdiyi sayğaclara kibermüdaxilənin də qeyri-mümkün olduğunu bildirib: “Hər şey nəzarət altındadır”.
Xəbəri paylaş
5268 dəfə oxunub.
Digər xəbərlər

28-10-2016, 17:26
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiz
10-10-2015, 00:42
Elmar Məmmədyarov yeni səfirlə görüşdü
12-10-2017, 10:15
Gənclərimiz torpaq əkib-becərmək yerinə Rusiya bazarlarına alverə gedirlər” - DEPUTAT
10-07-2016, 15:46
Prezident nazirləri topladı - Foto
16-06-2017, 15:59
ATV-nin aparıcısı canlı yayımda ölüm xəbəri ilə sarsıldı - VİDEO
10-07-2021, 12:26
Yaşadığımız din buna görə ya qatil, ya da cahil yetişdirir...
2-10-2019, 21:17
Yurçeviç 23 futbolçunu milliyə çağırdı - SİYAHI
2-05-2015, 14:55
Asiya İnkişaf Bankı , Azərbaycana 1,6 milyard dollar ayırıb.
5-02-2016, 13:02
Nazirlikdə maliyyə yoxlamaları başladı