Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu ay işıq pulu çox gəlib” iddialarına - Rəsmi cavab
Tarix: 07-08-2018 | Saat: 19:09
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Bu ay işıq pulu çox gəlib” iddialarına
Bu gün sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb. 100-dən çox istifadəçi eyni məzmunlu şikayətlərində elektrik enerjisinin bu aykı sərfiyyatında şübhəli məqamların olduğunu qeyd ediblər. Belə ki, iddiaya görə, iyun ayı ilə müqayisədə iyul ayında da eyni dərəcədə məişət avadanlıqlarından istifadə etsələr də, ötən ay işıq pulu çox gəlib.
Mə sələyə aydınlıq gətirmək üçün “Azərişıq”a müraciət edilib. Qurumun sözçüsü Tanrıverdi Mustafayev burada hər hansı şübhəli məqamın olmadığını bildirib: “Elektrik enerjisindən istifadəyə görə təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.




T.Mustafayev “Azərişıq” tərəfindən quraşdırılan və hazırda vətəndaşların istifadə etdiyi sayğaclara kibermüdaxilənin də qeyri-mümkün olduğunu bildirib: “Hər şey nəzarət altındadır”.


Xəbəri paylaş

5188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___