Optik eynəklərin satış qaydaları dəyişdirilir
Tarix: 05-06-2018 | Saat: 15:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda optik və gün eynəklərinin satışı ilə bağlı qaydalar müəyyən edilir.
Bu, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 8-ci (Optika mağazası) maddəsinə əsasən, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optik xidmətlər yalnız optika mağazaları vasitəsilə göstərilir.
Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasının açılmasına rəyin əsas məqsədi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən tələblərə uyğunluğunu müəyyən etməkdir.
Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksesuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər.
Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilərlər.
Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır.
Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz. (trend)
Xəbəri paylaş
7818 dəfə oxunub.
Digər xəbərlər

8-02-2017, 20:25
Ərəblərin Azərbaycandakı lüks istirahəti - VİDEO
11-05-2017, 12:38
Gülər Əhmədovanın oğlunun belə istedadı varmış — VİDEO
1-01-2020, 18:53
Xamneyi Trampın təhdidlərinə cavab verdi
16-03-2016, 11:53
Bakıda qonaqlığa gedən xalaqızlarını maşın vurdu - FOTO
9-03-2016, 19:20
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
4-12-2016, 14:56
Həyat yoldaşının telefonunu yoxlayan qadınları - Həbs gözləyir
31-03-2017, 11:42
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib - FOTO
14-04-2017, 14:01
Məşhurlarımızın instaqrama ödədiyi dollarlar...
24-09-2015, 20:37
Tovuzda çörək pulu qazanan qadının faciəvi ölümü