DİN Şəmkirdə əməliyyat keçirdi: narkotacir saxlanıldı - FOTO
Tarix: 16-05-2018 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN)-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub. Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

8-07-2015, 10:26
Qadını vuran sürücü qaçdı
18-09-2022, 09:33
İranda ağlasığmaz olay - Hicabı düzgün taxmayan 22 yaşlı qızı...
28-11-2016, 11:27
Bakıda dəhşətli cinayət: küçənin ortasında döyə-döyə öldürdü
28-10-2016, 15:25
Ər arvadını və baldızını bıçaqladı
11-06-2021, 11:25
Kameralarla sürücüləri cərimələmək qanunsuzdur - Ekspert - VİDEO
18-01-2018, 17:13
Rasim Məmmədov: Daxili İşlər Nazirliyinin 94-cü ildönümü təbriki
25-07-2017, 11:28
Elə bilirsiniz atanıza oxşayırsınız? - Genetiklərin şok açıqlamaları
7-05-2016, 17:37
Şahin Əliyev saxlanıldı
6-09-2015, 11:57
Bakıda yeni marşrut xətti istifadəyə verildi
8-03-2016, 11:40
Mərkəzi Bank dolların məzənnəsini açıqladı (RƏSMİ)