Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 10-05-2018 | Saat: 10:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

22-04-2017, 11:09
Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO
27-03-2015, 23:21
İranın iki nüfuzlu generalının adı Yəmənlə bağlı xəbərdə hallandı... Mənbə : İslamazeri
31-12-2018, 10:44
3 gün əvvəl dünyaya uşaq gətirən ana dünyasını dəyişib - Ağsuda faciə
19-05-2016, 12:32
Məşhur müğənninin ikinci ailəsi də dağılır? - Şok iddialar
22-03-2017, 18:40
Azərbaycana qonaq gələn 17 yaşlı qız intihar edib
29-05-2023, 11:20
Bu bürclərə ŞAD XƏBƏR - Yayın əvvəlində maddi vəziyyətiniz yaxşılaşacaq
16-03-2016, 20:59
Azad Seyidov: “İnşallah yeni mahnı gəlir... ” – Fotolar
6-10-2015, 14:16
Sevgilisi ilə gəzən qızın başına daş düşdü - Bakıda