Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranın iki nüfuzlu generalının adı Yəmənlə bağlı xəbərdə hallandı... Mənbə : İslamazeri
Tarix: 27-03-2015 | Saat: 23:21
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İranın iki nüfuzlu generalının adı Yəmənlə bağlı xəbərdə hallandı... Mənbə : İslamazeri
Xeberaz.az-ın "IRIB"-ə istinadən verdiyi xəbərə görə, İran İsam Respublikasının Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini general-mayor Məsud Cəzairi Səud rejimi ilə dəstəkçilərinin Yəmənə hücumuna münasibət bildirib. "Təsnim" agentlyinə müsahibə verən general-mayor Səud rejimi ilə dəstəkçilərinin Yəmənə hücumunu tənqid edərək deyib ki, bu əməliyyat uğursuzluğa düçar olacaq. Məsud Cəzairi bu hücumun ABŞ və əlaltıları tərəfindn həyata keçirilməsinə diqqət çəkərək, amerikalılarla müttəfiqlərinin son zamanlar hər bir cəbhədə məğlubiyyətə uğradığını bildirib. O, ABŞ-ın xalqların oyanışına düzgün baxışının olmadığını da önə çəkərək, bu səbəbdən siyasət və strateji qərarlarda davamlı səhvə uğradığını deyib. Digər xəbəri İranın "Jamnyus" agentliyi yayıb. Agentlik "BBC-fars"a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymani Yəmənə gedib. Lakin, xəbər hələ ki nə təsdiq, nə də təkzib edilib. Ekspertlərin fikrinə görə, bu xəbər Səud və müttəfiqlərinə bir mesaj xarakteri daşıya bilər. Qeyd edək ki, devrilmiş keçmiş hökumətin XİN rəhbəri Riyad Yasin Əl-Husi tərəfdarlarının içində İran ordusunun yüksək rütbəli zabitlərinin olduğunu açıqlamışdı.
Mənbə : İslamazeri


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___