Aydın Hüseynov: "Ermənilər illərdir həsədlə baxdıqları Azərbaycan yüksəkliyinə can atırlar"
Tarix: 26-04-2018 | Saat: 20:29
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
“Artıq bütün dünya ictimaiyyəti gördü ki, doğrudan da, Qarabağ klanı və Serj Sarkisyan artıq 20 ildir regionda, Cənubi Qafqazda cinayət, terror, işğalla məşğul olub, Ermənistan xalqına zülm etməkdən başqa bir iş görməyib. Ümumiyyətlə, 1989-cu ildən etibarən Sarkisyan regionda baş verən bütün qanlı proseslərdən birbaşa məsuliyyət daşıyır”.
Bu sözləri politoloq Aydın Hüseynov Serj Sarkisyan və Qarabağ klanının törətdiyi cinayət səbəbilə beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməsi məsələsini şərh edərkən deyib.
Politoloq bildirib ki, Ermənistan xalqının və dövlətinin iflasa uğraması məhz bu siyasi xuntanın əsəridir:
“Ermənistanın bütün beynəlxalq layihələrdən təcrid olunması, iqtisadiyyatının iflasa uğraması, əhalinin öz ölkələrindən köç etməsi, parlament iğtişaşları, 2008-ci il 1 mart hadisələri – bunların hamısını erməni xalqı çox gözəl dərk edir və hamısında bilavasitə Serj Sarkisyanın rolunun olduğunu danmırlar. Buna görə də bu gün Sarkisyan biabırçı şəkildə istefa verir. Bu, böyük bir nifrətin təcəssümüdür. Artıq hakimiyyətin özbaşınalıqlarına dözməyən siyasətçilər də xalqın önünə çıxdı və Sarkisyanın hakimiyyətdən getməsini təmin etdi. Həmin başbilənlərin məqsədi Ermənistanın daim həsədlə baxdığı, Azərbaycanın isə böyük təcrübəsinin olduğu layihələrə Ermənistanı da qoşmaq, ən əsası Ermənistanın başında çözülməz düyünlər yaradan Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdır. O ki qaldı Qarabağ klanının bundan sonrakı taleyinə, bu xunta ermənilər üçün çoxdan məhv olub, sadəcə olaraq siyasi platformadan silinməsi üçün köklü bir etiraz lazım idi.
Ermənistan hakimiyyətinin mövqeyi Azərbaycana qarşı dəyişməz olub. Lakin onlar bu köklü dəyişikliklərdən sonra dərk edəcəklər ki, tək xilas yolu işğalçılıqdan əl çəkmək və qonşu ölkələrlə münasibətləri bərpa etməkdir. Bunu isə bizə görə yox, məcburi şəkildə özlərinə görə edəcəklər.
Heç kim inkar etmir ki, Xocalı soyqırımının törədilməsində birbaşa Serj Sarkisyanın rolu var. O, özü də bunu dəfələrlə tribunalardan etiraf edib. Madam ki, Sarkisyan adı siyasi platformadan birdəfəlik silindi, törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir. Belə dəhşətli hadisələrin təkrarlanmaması üçün bu zəruridir. Xocalıda 600-dən çox insan həlak olub, bir şəhər məhv edilib. Bundan dəhşətli cinayət faktı varmı? Düşünürəm ki, dünya ictimaiyyəti özü bunu dərk etməlidir”.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

16-01-2016, 09:01
Sədərək bazarına gedənlərə müjdə - Özəl
24-03-2016, 11:48
"Playboy"un seksual gözəli siyasətçi olur - Fotolar
26-12-2015, 14:12
Bakıda sürücülər üçün bayram qadağası
29-10-2021, 16:21
Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB? - İDDİA
3-11-2018, 11:52
Termometri qırıb, civəni sovurdum ki, ölüm" - Roza
27-11-2022, 11:54
Yataq üzlərini gec-gec yumaq ölümcül xəstəliklər yaradır
4-07-2016, 23:20
Banunun anası özündən də gözəl imiş - FOTOLAR
9-05-2016, 06:27
Qonşumuzdan AB üzvlüyü iddiası
7-01-2022, 11:57
Gəncə Beynəlxalq Xəstəxanasında DƏRƏBƏYLİK... - GİLEY
17-08-2017, 13:07
Yaşasaydı, bu gün 75 yaşı olacaqdı...