Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Termometri qırıb, civəni sovurdum ki, ölüm" - Roza
Tarix: 03-11-2018 | Saat: 11:52
Bölmə:Karusel / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər


"Mətbəxə keçib bolqar bibəri yedim. Onu yeməyim də, otağa keçib yatmağımda yadımdadır. Amma sonrası yox. Bir də ölümdən qayıdandan sonranı xatırlayıram. 9 gün komada qaldım, kliniki ölüm keçirdim. Ondan atam da, anam da yemişdilər. Morqda gözümü açdım ki, nəfəsim məni boğur. Bu hadisəni rejissorlarımız lentə almaq istəyirdi, amma razılaşmadım".

Xeberaz.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli deyib. “Altın Kelebek” müsabiqəsinin namizədləri sırasında yer alan sənətçi “Böyük dəyişim” proqramında həyatından bəhs edib:

“Rayona getmişdim. Oradakı qızlar başında ləyən, iki əllərində də vedrə ilə gəzirdilər. Mən dedim ki, bu hərəkəti təkrarlayacağam, amma edə bilmədim. Arx var idi, həmin arxa yıxıldım. Başımı çölə çıxarıb “nənə”, “baba”, - deyə çağırırdım. Daşlar bədənimə batmışdı. Məni süni nəfəs verərək ayıltdılar. Nə qədər su qaytardım”.

Roza bildirib ki, hətta intihara da cəhd edib:

“Bir dəfə evdə termometri qırıb, civəni sovurdum ki, ölüm. Amma bu, baş vermədi”.

Zərgərli ərə getdiyi şəxsin onu tez-tez döydüyünü söyləyib:

“O, məni, içimdəki musiqi həvəsini anlamırdı, fikirlərimiz ziddiyyətli idi, hazırda da danışmırıq. Hamilə vaxtı məni döyüb, küçəyə atmışdı. Əkiz övladım olacaqdı, amma biri öldü. Qızım Bənövşə ilə mən Tanrının möcüzəsi ilə həyatda qaldıq”.



Xəbəri paylaş

4568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___