Nazirlər Kabinetinin səlahiyyəti azaldılıb
Tarix: 06-04-2018 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib.
Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.
Dəyişikliyə əsasən, artıq bu halda Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.
Mövcud Qaydaya görə, Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə də Nazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Qeyd edək ki, Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib. (apa)
Xəbəri paylaş
7458 dəfə oxunub.
Digər xəbərlər

21-11-2022, 09:05
Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə kirayə pulu və mənzillər veriləcək
13-07-2018, 14:20
Paşinyan etiraf etdi: Avropa İrəvandan imtina edir
20-10-2022, 10:10
Hamının mətbəxində olan bitkinin 9 MÖCÜZƏVİ FAYDASI
12-07-2017, 12:07
Bakıda futboldan çıxan azarkeşlər metroya ziyan vurdular - FOTO
16-03-2016, 21:59
Tehranda partlayış: 39 yaralı
4-03-2017, 16:38
Milyonçu qızının ikinci möhtəşəm xına gecəsindən-Fotolar