Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diqqət çəkməmək üçün arvadı və uşağını da... - Terrorçu haqda ŞOK FAKT
Tarix: 03-01-2017 | Saat: 11:59
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Diqqət çəkməmək üçün arvadı və uşağını da... - Terrorçu haqda ŞOK FAKT


"Reina"da dinc insanları qana bulayan terrorçuyla bağlı yeni detallar istintaqa məlum olub.

"Xəbəraz.az " xəbər verir ki, İstanbulun Ortaköyündə terror törədənin şəxsiyyəti təyin olunub. Uyğur türkü olduğu iddia edilən terrorçunun 2016-cı ilin noyabr ayında ailəsiylə birlikdə Konyaya gəldiyi öyrənilib.

Onun diqqət çəkməmək üçün həyat yoldaşı və 2 uşağını da yanında gətirdiyi qeyd edilir.

Habertürk-ün məlumatına görə, şəxsiyyəti hələlik açıqlanmayan terrorçunun ailəsi nəzarətə alınıb.

İstanbul polisi terrorçunu hər yerdə axtararkən hücum əsnasında neçə güllə darağı dəyişdirdiyi ortaya çıxıb. Terror zamanı sağ qalan barmen: "Terrorçu gülləsi bitən zaman "maqazin" dəyişdirmə əsnasında kluba bir şey atır, atdığı bu cisim ətrafı işıqlandırırdı. Ən azı 3 dəfə bundan atdı", - deyib. Barmenin ifadəsinə görə, terrorçunun "maqazin" dəyişdirmə zamanı istifadə etdiyi hərbi vəsaitin məqsədi kütləni çaşdırmaq, kəskin işığın arxasında qalaraq hədəfi daha yaxşı görməyi təmin etməkdi. Bu hərbi vəsaitin xüsusi əməliyyatlar zamanı istifadə edildiyi qeyd edilir.milli.az


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___