Almaniyada niqablı qadınların maşın sürməsi qadağan edildi
Tarix: 22-03-2018 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib.
Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib.
Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.
Buna baxmayaraq, məhkəmə qadının dəlillərini kafi hesab etməyib və ona izah edib ki, sükan arxasında sifəti bağlayan baş geyiminin qadağan edilməsi yol hərəkəti qaydaları pozulduğu halda sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün zəruridir. Bundan əlavə, belə baş geyimləri sürücünün digər hərəkət iştirakçılarını görməsinə mane ola bilər.
Sponsor-@sevimli.magazam (saat mağazısı)
Xəbəri paylaş
1 6178 dəfə oxunub.
Digər xəbərlər

24-09-2020, 14:24
Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO
7-05-2021, 11:52
Məşhurlardan Arif Quliyevlə bağlı TƏSİRLİ SÖZLƏR: “Böyüdüyü uşaq evinə aparmışdıq...”
17-09-2022, 10:44
İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – RƏSMİ
26-10-2018, 12:59
Məşhur müğənni İslamı qəbul etdi, azan oxudu
6-03-2018, 15:51
Nadir Qafarzadənin yeni duet ortağı - VİDEO
30-06-2016, 00:58
Millət vəkilliyinə namizəd seçicilərinə və bu yolda ona dəstək olanlara təşəkkürü-VIDEO
7-10-2023, 10:21
50 gün yataraq birinci oldu
8-07-2015, 10:12
Kim İŞİD-ə dəstək olacaq?
3-05-2016, 20:48
Tərtərdə partlamamış top mərmisi tapıldı
5-07-2020, 21:57
"Alov qüllələri"ndə karantinə əməl etməyənlərlə bağlı DİN-dən AÇIQLAMA (Foto - Video)