Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə partlamamış top mərmisi tapıldı
Tarix: 03-05-2016 | Saat: 20:48
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Tərtərdə partlamamış top mərmisi tapıldı

Tərtər rayonunda 100 mm-lik partlamamış top mərmisi aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 3-də Tərtər və Ağcabədi rayonlarında aşkar olunan mina və partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 12 000 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 3 500 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Azadqaraqoyunlu kəndi - 4 əkin sahəsində, 4 partlayış yerinə baxış keçirilib, 720 kv.m ərazi təmizlənib və PHS aşkar edilməyib.

Şıxarx kəndi - 1 ev və həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi götürülüb və 3 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

Qaynaq kəndi - 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Cəmi: 7 ev və həyətyanı sahə, 4 əkin sahəsinə baxış keçirilib, 3 partlayış yeri aşkar edilib. Nəticədə 13 partlayış yeri aşkar edilib, 19 220 kv.m ərazi təmizlənib və 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6 000 kv.m ərazi təmizlənib və PHS aşkar edilməyib.

Mayın 3-ə Agentlik tərəfindən 10 ev, 4 əkin sahəsi, 16 partlayış yeri yoxlanılıb, 1 ədəd OF-412 markalı 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb, 25 220 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 3 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad və Ucar rayonlarında 410 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 304 ədəd PHS, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.



3428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___