İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq -AÇIQLAMA
Tarix: 09-03-2018 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.
Bunu Trend-in sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildiriblər.
Komitədən qeyd edilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub:
"Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".
DQİDK-dan qeyd edilib ki, İlahiyyat İnstitutunda tədris prosesinə xaricdə təhsil almış azərbaycanlılarla yanaşı, gələcəkdə xarici mütəxəssislərin də dəvət edilməsi nəzərdə tutulub. Hazırda institut üçün binanın müəyyənləşdirilməsi prosesi də davam edir. Bu məsələ ilə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur.
Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
Xəbəri paylaş
7068 dəfə oxunub.
Digər xəbərlər

14-11-2018, 11:12
"Real Madrid"in yeni baş məşqçisi təsdiqləndi
13-11-2017, 13:51
Telman İsmayılov beynəlxalq axtarışa verildi
18-05-2021, 16:44
Nura məktəblərin açılmasına qarşı çıxdı: “İnsanları düşünmürlər“
22-10-2016, 12:35
Prezidentin arvadına aşiq olub - Balotellidən şok paylaşım+Fotolar
13-04-2015, 12:49
Hafiz Hacıyev: Roma Papası “alkaş”ın biridir
27-09-2021, 16:38
Təzyiqi salmaq, onurğanı möhkəmləndirmək üçün... uşaq kimi iməkləyin
13-04-2017, 13:54
Messi ilə Neymar Luis Enrikedən küsüblər?
24-01-2018, 12:15
Coşqunun bu şəkli olay oldu: yanındakı uzunsaç... - Foto
30-05-2022, 11:05
"TikTok-da pul istədiyim gün özümü asaram" - Nadir
16-01-2019, 17:13
ABŞ-da öldürülən azərbaycanlının cəsədi vətənə göndərilir