İrandan Azərbaycana keçən suriyalı belə yaxalandı - FOTO
Tarix: 08-03-2018 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.
Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

12-11-2015, 20:14
Toyda faciə: gəlin nikah masasında can verdi (VİDEO)
29-12-2015, 11:47
"LİMON" ÇAY EVİNİN ZİRZƏMİSİNDƏ NƏ BAŞ VERİR?
21-02-2020, 20:06
Fevralın 10-da qar tədricən səngiyəcək - FKTİKİ HAVA
11-12-2015, 16:13
Zabratda ailə faciəsi: ər-arvad...
31-12-2016, 19:53
Britaniyalı pilot təyyarə ilə havada yeni il təbriki “yazıb”
12-12-2017, 19:40
Sabah paytaxtın bu hissələrində su olmayacaq
9-08-2019, 09:21
Sabiq prezident xüsusi təyinatlılara belə təslim oldu - VİDEO
13-10-2020, 20:10
İsrailin keçmiş Prezidenti İlham Əliyevə məktub göndərdi
28-12-2015, 15:22
Desperado musiqi məktəbinin yeni il təbriki VİDEO
14-01-2021, 16:33
Səfərli olayı: Əli Həsənov da həbs edilə bilər - Açıqlama