Xırdalanda silahla adam öldürən beş nəfərin məhkəməsi başlayıb
Tarix: 16-02-2018 | Saat: 18:23
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Ötən il martın 30-na keçən gecə Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.
Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində törədilib, insident nəticəsində Valeh Nəcəfov (1970-cı il təv.) baş nahiyyəsindən güllələnərək, qətlə yetirilib.
Qarın və qol nahiyyələrindən odlu silah xəsarətləri alan Qəbələ rayon sakini Xəyal Paşayev (1985-ci il təv.) Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.
Hadisə yerinə Abşeron RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Müayinə zamanı ölən şəxsin əlində “Makarov” markalı tapança, həmçinin yerdə yeddi giliz aşkar edilərək maddi sübut kimi götürülüb.
Keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində şübhəli şəxs qisminə Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıblar.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış fevralın 23-nə təyin edilib.
Xəbəri paylaş
7088 dəfə oxunub.
Digər xəbərlər

23-02-2016, 18:34
Bakıda kasıblar üçün pulsuz geyim mağazası açıldı (VİDEO)
23-02-2022, 09:01
Bu uşaqları 23 günə itirdik... - FOTOLAR
7-01-2016, 14:13
Alimlər Yerin məhv olacağı tarixi açıqladılar
23-03-2017, 14:36
Cazibədar Nanə imicini dəyişdi, daha da gözəlləşdi - FOTOLAR
18-05-2018, 17:40
Qafqaz müsəlmanları İdarəsi ORUC TUTANLARA MÜRACİƏT ETDİ
6-09-2017, 21:02
Virtual sevgi: onlar bir-birinə hansı yalanları deyir?
22-03-2018, 22:26
"Möhtəşəm yüz il"in aktyoru həbs edildi
14-11-2017, 16:21
İnternet təminatında fasilələr yaranacaq