DTX və DİN Ağdamda əməliyyat keçirib: silah-sursat götürülüb
Tarix: 10-02-2018 | Saat: 12:22
Bölmə:Karusel / Hadisə | çapa göndər
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.
Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Birinci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər
Xəbəri paylaş
6618 dəfə oxunub.
Digər xəbərlər

17-04-2017, 18:21
Ordumuz genişmiqyaslı təlim keçir FOTO/VİDEO
20-11-2020, 11:44
Prezident İlham Əliyev xalqa müraciət etdi
20-06-2021, 15:54
Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma… - GİLEY
1-02-2019, 12:13
Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxub-RƏSMİ
3-09-2017, 16:25
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
12-04-2021, 15:44
Afaq Bəşirqızının oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ
30-07-2018, 19:33
Gəncədə məhv edilən şəxslərin üzərindən xeyli silah-sursat götürülüb
12-07-2020, 21:20
ABŞ-da 3,3 milyondan çox insan koronaya yoluxub
27-08-2017, 14:47
Azərbaycanda hərbi hissədə partlayış olub