REAL-ın prezidentliyə namizədi kim olacaq?
Tarix: 19-01-2018 | Saat: 13:29
Bölmə:Karusel / Siyasət | çapa göndər
2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək. Bununla bağlı artıq bir neçə partiya hazırlıq işlərinə başlayıb və namizədlərini müəyyən ediblər.
Respublikaçı Alternativ Hərəkatının (REAL) namizədi ilə bağlı müəyyən fikirlər səsləndirilir. REAL-ın sədri İlqar Məmmədov hələ də azadlıqda olmadığı üçün namizədliyinin irəli sürülməsi mümkün görünmür.
Maraqlıdır, partiyanın prezident seçkilərində namizədi kim olacaq?
Bununla bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli açıqlama verib:
“Öncə ümid edirik ki, İlqar Məmmədov tezliklə həbsdən çıxacaq. Çünki Avropa İnsan Haqları Məhkəməsinin artıq iki qərarı var. Bu qərarın yerinə yetirilməsi üçün hökumətlə Avropa Məhkəməsi arasında kommunikasiya başlayıb. Bu danışıqlar mart ayına qədər yekunlaşmalıdır. Bu baxımdan arzu edirik ki, İlqar Məmmədov yaxın həftələrdə, aylarda azadlıqda olsun, həm ailəsinə qovuşsun, həm siyasi-ictimai fəaliyyətini bərpa etsin. O cümlədən seçkilərə qədərki dönəmdə artıq biz İlqar Məmmədovun azadlıqda olduğu şəraitdə onun seçki kampaniyasının aparılması üçün işlər görəcəyik. Yəni bizdə onun azadlığa çıxacağı ümidi və yaxın gələcəkdə bunu görmək şansı da çoxdur. Ümid edək ki, bu şans reallaşacaq”.
N.Cəfərli qeyd edib ki, REAL-da İlqar Məmmədovdan başqa ikinci bir namizəd ümumiyyətlə müzakirə olunmayıb:
“Hələlik bizim müzakirə olunacaq ikinci bir namizədimiz yoxdur. Amma ilkin qərarımız 2018-ci il prezident seçkilərində istənilən formada iştirak edib daha çox REAL-ın ideyalarını, dəyərlərini cəmiyyətə tanıtmaq üçün açılacaq fürsətdən istifadə etməyə çalışmaqdır. Yəni seçkilərdə hər hansı formada iştirak edəcəyik və bu formalar müxətlif ola bilər”.
(modern.az)
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

14-10-2018, 19:26
Sürüşmə zonası ilə bağlı SON MƏLUMAT - Uçqunlar baş verir
30-05-2016, 20:49
İsrail Suriya sərhədinə qoşun yeritdi – Gərginlik
28-07-2017, 22:31
Xaçmazda DƏHŞƏTLİ OLAY: 2 yaşlı uşaq stuldan yıxılaraq öldü - VİDEO
5-12-2016, 14:43
Popkorn bir ailəni övladsız qoydu - FOTO
19-01-2018, 17:14
Bakıda BİABIRÇI HADİSƏ-Dayı azyaşlı bacısı qızını dəfələrlə zorladı
20-06-2017, 10:41
Tükürpədən olay: Balaca uşaq atasının öldürüldüyü anı danışdı - "Baltanı başından vurdu..." (VİDEO)
4-08-2023, 21:43
Dörd bürc üçün avqustda pul şəlaləsi PROQNOZU
20-07-2020, 11:30
Vilayət Eyvazov daha bir generalı İŞDƏN ÇIXARDI