Leyla və Arif Yunusların məhkəməsinin vaxtı məlum oldu
Tarix: 03-07-2015 | Saat: 17:28
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər
Prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.
Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, onların cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Xəbəri paylaş
5818 dəfə oxunub.
Digər xəbərlər

28-02-2016, 15:48
Dünya tarixində ilk: qadın 12 yaşlı uşaq doğurdu (FOTO)
24-02-2023, 11:25
Zəlzələdə ölən adam dəfn edilərkən “dirildi”
18-05-2016, 17:21
Beynəlxalq birliyin səylərini dəstəkləyirik - Nazir müavini
19-03-2016, 16:24
Bakıda uşaq 6-cı mərtəbədən yıxıldı
14-04-2021, 14:35
İşdən çıxarılan daha bir AMEA əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi
7-07-2023, 11:41
Cinsiyyət dəyişməyi ilə gündəm olmuşdu - Son halını paylaşdı - FOTO
17-02-2023, 11:22
Ələkbər qohumunu qətlə yetirən Rəşaddan danışdı
14-07-2015, 12:26
“Elçibəyi Vaşinqton devirib...” - amerikalı politoloqdan iddia
13-05-2016, 17:43
320 erməni hərbçi məhv edilib - MN
11-07-2018, 19:17
İsti havada bunları yeyin