Azərbaycanın yeni xəbər kanalının adı açıqlandı
Tarix: 28-12-2017 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dekabrın 28-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dann verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.
Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
İclasda həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 01 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.
Xəbəri paylaş
1 1318 dəfə oxunub.
Digər xəbərlər

1-10-2021, 09:25
"Merd petrol" insanları BU CÜR ALDADIR: Gəmilərdən tullantıları...
19-03-2015, 17:03
Meşədə qətl törədən şəxsin işi yenidən məhkəməyə qaytarıldı
30-08-2016, 20:30
Ermənilərdən etiraf: Azərbaycan artilleriyası...
1-11-2017, 14:13
"Qarabağ" qrupdan necə çıxa bilər? - ANALİZ
21-01-2016, 01:05
Baş konsul 20 Yanvar faciəsindən yazdı
14-06-2015, 19:27
Bakıda yol polisi ağır qəza törətdi - VİDEO
12-07-2015, 11:58
Satanizmə abidə ucaltmaq cəhdi ölkəni qarışdırdı
20-06-2015, 10:08
Nigar Camal Bodrumda hansı məşhurla yaxalandı? (FOTO)