Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilərdən etiraf: Azərbaycan artilleriyası...
Tarix: 30-08-2016 | Saat: 20:30
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ermənilərdən etiraf: Azərbaycan artilleriyası...

İşğal altındakı Ağdərə rayonunun Aşağı Orataq kəndində yaşayan ermənilər gecələr işıqları yandırmaqdan qorxurlar. Çünki kənd təmas xəttinə yaxın yerləşir və postlarda avtomatlardan atanda belə səsi evlərdə eşidilir.

Virtualaz.org xəbər verir ki, news.am saytı kənddəki vəziyyət barədə reportajında Aşağı Orataq sakinlərinin müharibə vəziyyətində, daim qorxu və təşviş içərisində yaşadıqlarını bildirir. Aprelin əvvəllərində döyüşlər başlayanda Aşağı Orataq kəndindən də ermənilər Xankəndinə qaçıblar. Ancaq döyüşlər dayananda geri qayıdıblar.

Erməni işğalçı qüvvələrinin Ağdərə polku Aşağı Orataq kəndinin yaxınlığında yerləşir. Kənd sakinlərindən biri İda danışır ki, Azərbaycan ordusunun artilleriyası polku vuranda əri, həmin polkda serjant kimi xidmət edən Vaçik Movsisyan onlar maşınla kənddən çıxarmışdı. Daha sonra aprelin 26-da Vaçik Azərbaycan ordusunun Ağdərə polkuna endirdiyi zərbələr nəticəsində ölüb. İda danışır ki, aprelin 28-də hərbçinin dəfni ərəfəsində atışmalar daha da şiddətlənib. "Elə şiddətli atırdılar ki, sanki səmada alov kürələri partlayırdı, evlərin pəncərələri zəlzələdə olduğu kimi titrəyirdi”-erməni qadın danışır. Nəhayət səhər saatlarında atışma dayanıb, ölən hərbçini dəfn ediblər.


Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___