Bakıya yeni avtobuslar gətirildi - FOTO
Tarix: 15-12-2017 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Çinar Trans" MMC-nin gətirdiyi 20 ədəd avtobus Agentliyin sərnişindaşıma ilə bağlı müvafiq hüquqi normaitv aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. "Avro 5" standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Qeyd edək ki, 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən gələn ilin birinci yarısında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə, bu, gələn ilin birinci yarısınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqi nəzərdə tutulub.
Xəbəri paylaş
1 2308 dəfə oxunub.
Digər xəbərlər

29-10-2016, 09:57
Pis yuxu görən zaman nə etməli?
21-02-2023, 12:47
Ürəyi qoruyur, bağırsaqlarda qurdları öldürür, arıqladır... - Hər gün 1 ovuc yeyin
2-04-2017, 22:07
Göyçay çayında batan 5 yaşlı uşağın meyiti tapılıb
11-04-2017, 22:26
Sosial mənzilin alınması üçün AYLIQ ÖDƏNİŞ AÇIQLANDI
28-07-2016, 13:44
Gəlinə bunu da etdilər - ŞOK VİDEO
5-02-2018, 14:02
Afrində irəliləyiş: daha bir kənd terrorçulardan azad edildi
25-08-2015, 15:38
Vasif Talıbov 700 bal toplayan tələbəyə pul verdi - FOTO
7-11-2020, 08:04
Ərdoğan Mərkəzi Bankın başçısını istefaya göndərdi - FOTO
22-04-2017, 10:28
Bazarlara yazlıq meyvə-tərəvəzlər çıxarılıb - QİYMƏTLƏR - VİDEO
26-11-2015, 21:04
“QMİ-dən Nardaran hadisələri ilə bağlı - Bəyanat