Millət vəkili: Gözdən əlillərin 2 faizi özünə iş tapa bilir
Tarix: 24-11-2017 | Saat: 09:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan əhalisinin təxminən 6 faizi əlilliyi olan insanlardır. Amma statistik məlumatlara görə, bunların cəmi 5 faizi işləyir. Məsələn, 40 mindən yuxarı gözdən əlilin sadəcə 2 faizi özünə iş tapa bilir.
Xəbəraz.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanunda açıq yazılıb ki, qurumlarda əlillərin işləməsi üçün nə qədər kvota var: "Bunu yerinə yetirməyən qurumların üzərinə düşən məsuliyyət də var. 1500 manatdan 2000 manatadək həmin qurumların cərimə məsələsi qoyulub. Çox istərdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama versin ki, bu gün ölkəmizdə bu qurumların neçə faizi əlillərin işə götürülməsi ilə bağlı qanunvericiliyi yerinə yetirir və yerinə yetirməyənlərin nə qədəri cərimələnir. Bu insanların işlə təminatında ciddi problemlər var. Qanun var, amma qanunun yerinə yetirilməsinə yetəri qədər səylər göstərilmir".
Millət vəkili bildirib ki, Qarabağ müharibəsi veteranları xüsusi bir qrupdur: "Bunlar illərlə ölkəmizi, torpaqlarımızı qoruyublar. Bu insanların işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi bir proqrama ehtiyac var. Hər kəs görməlidir ki, torpağı qoruyanın işlə təmin olunmasında öncüllük var. Qarabağ müharibəsi veteranlarının işlə təminatı məsələsinə nazirlikdə diqqətin ayrılmasına ehtiyac böyükdür".
Xəbəri paylaş
7458 dəfə oxunub.
Digər xəbərlər

3-04-2016, 23:04
Hər zaman qardaş Azərbaycanın yanındayıq
4-05-2020, 19:20
Ruhani ÜST-ü müdafiə etdi: "ABŞ-ın qərarı yersizdir"
17-07-2017, 12:18
Dünya çempionumuzun gecə klubunda vurduğu qız sevgilisi imiş: "Məni o vəziyyətdə qoyub getdi"
20-12-2016, 01:33
Rusiya səfirin qətlini cavabsız qoymayacaq
13-05-2023, 09:06
Ərdoğan yenidən seçilməsə, nə edəcək? - Özü açıqladı
6-10-2021, 11:03
Toylarla bağlı məhdudiyyətlər tam ləğv edilə bilər? - RƏSMİ AÇIQLAMA
16-01-2016, 13:24
Füzulidə çoban işlədiyi fermadan 147 baş qoyunu oğurladı
12-05-2022, 11:38
Bakının bu ərazilərində tramvaylar işləyəcək - AÇIQLAMA
4-03-2021, 18:37
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
30-12-2016, 22:43
Leyla və Arzu Əliyevalar Yeni il şənliyində - FOTOLAR