Azərbaycanda nəqliyyat sahəsində yeniliklər davam edir. Bunun bariz nümunəsi olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan struktur dəyişikliyini də göstərmək olar.
Yeniliklər fonunda Bakıda tramvay və trolleybusların bərpa olunub-olunmayacağı maraqla gözlənilir. Paytaxtda bu nəqliyyat növlərinin yenidən fəaliyyətini bərpası isə zaman-zaman geniş müzakirəyə çıxarılıb.
Bakıda nəqliyyat konsepsiyasına dəyişiklik fonunda bu yeniliyin nəzərə alınıb-alınmayacağına ekspert Eldəniz Cəfərov münasibət bildirib. Nəqliyyat eksperti "ARB24"də yayımlanan "İş vaxtı" verilişində deyib ki, islahatlar olacaq: "Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı görünməsə də, tramvayların çəkilməsi mümkündür.
Hesab edirəm ki, Bakı ətrafı qəsəbələrdə tramvay xətlərinin olması olduqca müsbət haldır. Bunu şəhərinin mərkəzində təşkil etmək çətin olsa da, ətraf ərazilərdə tramvayların işə düşməsi real görünür".
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu mətbuata açıqlaması zamanı bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:
"Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək".
Bakının bu ərazilərində tramvaylar işləyəcək - AÇIQLAMA
Tarix: 12-05-2022 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
2348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-05-2022 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Digər xəbərlər
6-03-2019, 15:07
Rasim Balayevdən Şəfiqə Məmmədova barədə qeyri-etik İFADƏLƏR: "Rüstəmin qolundan sallanıb..."
23-02-2016, 14:50
Paytaxtda açıq-aşkar intim xidmət təklif edən obyektlər-FOTOLAR
11-03-2018, 19:52
Azərbaycan Polisindən nöbəti nümunəvi addım
28-02-2021, 08:10
Tanınmış kardioloqun qızı ürək tutmasından öldü
22-02-2016, 10:10
Bakıda uşaq bağçası yandı
25-07-2017, 12:20
DİM bu dəfə 1 milyon 361 min qazandı
18-03-2017, 14:30
Azərbaycanda 3 mindən çox ailə "Facebook"a görə boşanıb - ARAŞDIRMA
4-11-2015, 12:03
Əli Şaxtaxtinski intihar edib - YENİLƏNİB
15-11-2015, 22:04
İstanbulda İranla bağlı daha bir etiraz aksiyası
13-08-2021, 10:55
Sürətlənən vaksinasiya prosesi və AZALMAYAN yoluxma sayı: - "Brifinq virusla mübarizə metodu deyil"