Bakı metrosunda gərgin anlar: Qadın relslərin üstünə yıxıldı
Tarix: 15-11-2017 | Saat: 10:55
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığı metro vaqonlara minməyə çətinlik törədib.
“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.
O bildirib ki, səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması buna səbəb olub: “Bu, 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsi ilə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.
N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Qurum rəsmisi sərnişinlərə müraciət edib: “Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xətdə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

8-05-2017, 20:41
“Miss Caucasus 2016”dan cazibədar - Fotossesiya
12-01-2018, 19:58
Bakıda gənc qızı qrup şəklində zorladılar
30-12-2020, 12:51
"Qadınlar əfv edilərək həbxsanadan buraxılsın!" - Depurardan TƏKLİF
6-09-2017, 12:02
Bakıda güllələnən şəxs soyunaraq hakimə etiraz etdi - Video
3-02-2017, 12:54
Azərbaycanlı İŞİD üzvü saxlanılıb - Suriyada döyüşə hazırlaşırdı
14-02-2016, 16:31
Bakının “Sevgililər günü” - FOTOSESSİYA
8-05-2022, 12:08
Ağstafada qatar gənc oğlanı vuraraq öldürdü
20-05-2015, 19:46
Buraxılış imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanıb
17-10-2016, 21:52
Suda qalan sürücüləri soymağa başladılar - Dərnəgüldə ŞOK BİZNES (VİDEO)
17-08-2017, 10:43
Cəbhədən xəbər var