FİFA 3 yeni qaydanı sınaqdan keçirdi: Aut atışı ayaqla olacaq
Tarix: 11-11-2017 | Saat: 14:09
Bölmə:Karusel / İdman | çapa göndər
FİFA-nın dünya futboluna gətirməyi planlaşdırdığı yeni qaydalar sınaqdan keçirilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 3 qayda Hollandiyada yoxlanılıb.
Belə ki, adıçəkilən ölkənin iki həvəskar komandası arasında təşkil edilən xüsusi yoxlama görüşü yeni qaydalara əsasən oynanılıb. Qarşılaşmanı izləyənlər arasında FİFA-da texnologiyanın inkişafına məsul şəxs olan Marko van Basten də olub.
Qarşılaşmada 3 qayda sınaqdan keçirilib. Bunlardan birində cərimə zərbəsi zamanı futbolçu topla driblinq etmək (özünə ötürmə verərək) imkanına sahibdi. Həmçinin cərimə zərbəsi və künc zərbəsi zamanı hakimin fitini gözləməyə ehtiyac yoxdu.
Aut atışlarının futzalda olduğu kimi, ayaqla yerinə yetirilməsi ikinci yenilik olaraq yoxlanılıb. Üçüncü qayda isə penalti ilə bağlıdı. Belə ki, yalnız real qol şansının qarşısı alındığı təqdirdə penalti təyin olunur.
Bu dəyişiklikləri etməkdə məqsəd oyunu daha da sürətləndirmək və ədalətli vəziyyətə gətirməkdi. Sınaq matçı ilə bağlı ilk reaksiya Hollandiya Futbol Federasiyasından gəlib. Federasiyanın direktoru Qiys de Yonq bu qaydaların yaxın gələcəkdə bütün dünyada tətbiq ediləcəyini bildirib.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

1-04-2017, 11:57
Dünənki küləyin sürəti açıqlandı
6-02-2023, 12:36
Mehriban Əliyeva: Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm! - FOTO
24-04-2015, 13:25
Sarksiyan, Olland və Putin - “erməni soyqırım”nı yad edir
30-05-2022, 11:08
Bərdədə oğul atasını güllələyərək qətlə yetirdi
14-07-2018, 18:13
"Ciddi qanunsuzluqlar aşkarlanıb" - Nazirdən şok açıqlama
27-09-2017, 17:15
Vüqar Qaradağlının "qara siyahı"sına düşən məşhurlar - çoxu xanımlardır
5-09-2017, 17:35
Alimin evindən 536 min ABŞ dollarını, 143 min manat dəyərində qızılı kim oğurlayıb? – Hadisədən 8 ay sonra xəbər tutulub?
2-12-2016, 18:05
Hamilə İrina Şeyki bir də belə görün (VİDEO)
11-01-2016, 13:01
Agli başdan çıxaran Ərəb gözəlinin rəqsi VİDEO