8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldılar
Tarix: 20-10-2017 | Saat: 09:59
Bölmə:Karusel / Hadisə | çapa göndər
Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrah həkimləri 8 yaşlı Şölə Kərimovanın ölümü ilə bağlı prokurorluğa çağırılıb.
Bu barədə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev məlumat verib. Baş həkim Səhiyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib: “Həm nazirlik, həm də prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra suallarınızı ətraflı cavablandıracağam. Uşağın meyitinin yarılıb-yarılmaması ilə prokurorluq məşğuldur. Yalnız onu deyə bilərəm ki, əməliyyata girən həkimlər prokurorluğa çağırılıb, ifadələri alınıb”.
Y.Əliyev deyib ki, heç bir həkim səhlənkarlığından söhbət getmir: “Əvvəlcədən razılaşdırılmışdı. Valideynləri əməliyyatın riskli olması ilə bağlı razılıq ərizəsinin altına imza da atıblar. Uşaq əməliyyat belə olunmayıb, xırda bir manipulyasiya sonrası dünyasını dəyişib. Mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyata tibb elmləri namizədi, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib, sertifikat almış həkim Eldar Əliyev girib.
Ümumiyyətlə, permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent katater anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb. Həyata keçirilən reanimasyon tədbirlər heç bir nəticə verməyib”.
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

9-03-2022, 09:39
Ukraynada dörd azərbaycanlının öldürülməsinin təfərrüatı: “Gözümün qabağında vurdular” - VİDEO
12-07-2016, 11:12
Tramp: “Amerika parçalanıb”
19-03-2015, 13:48
Azərbaycan qadınlarını türk kişilərinə satan cinayətkar saxlanıldı
20-04-2015, 12:32
Mərkəzi Bank yeni məzənnəni açıqladı – CƏDVƏL
23-03-2016, 17:01
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
12-06-2016, 18:15
Çin ASEAN ölkələri ilə xüsusi görüşə hazırlaşır
13-02-2017, 14:28
"Balotelli məşqlərdə üzümüzə belə baxmır"
19-11-2017, 18:14
Azərbaycanlı qadın hərbçi şəhid oldu - Fotolar
30-09-2021, 08:18
Ana südü bu dəfə koronavirusda dadımıza çatacaq: Dərman hazırlanır
7-03-2023, 12:07
İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL