Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
Tarix: 23-03-2016 | Saat: 17:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Dəbdəbəli məzarların sonu çatır? - FOTO

Ötən il dolların manata nisbətən dəyər qazanması bir çox sahələrdə olduğu kimi, mərmər bazarına da mənfi təsir göstərib. Mərmər sex sahibləri satışın dəfələrlə azalmasından narazıdırlar.

"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, Yasamal qəbristanlığında yerləşən mərmər sexinin sahibi Elçin Əliyev 10 ilə yaxındır ki, bu işlə məşğuldur. Deyir, birinci devalvasiyadan sonra dirçələ bilməmişik. Əsas məhsullarını Ukraynadan alan iş adamı sifarişlərin günü-gündən azaldığını qeyd edir:

"Keçən ilin fevralından bəri bütün sexlər bu vəziyyətdədir. Rayonlardakı tanışlarla da danışırıq. Onlar da sifarişin azaldığından gileylənirlər. Qara mərməri Ukraynadan alırıq. Dollarla. Mərmərin qiyməti dəyişməyib. Dollar bahalaşdığından bizə əvvəlkindən çox baha başa gəlir. Alıcılıq da kəskin azalıb".


Elçin Əliyevin sözlərinə görə, son bir ildə daha çox yerli məhsula üstünlük verirlər, Daşkəsən mərmərinə.

"Ağ mərmər yerli məhsul olduğundan qiymətində artım yoxdur. İnsanlar da məcbur qalıb ağ mərmərə üstünlük verirlər. Əhəng daşına tələbat daha çox artıb. Kimin nəyə gücü çatır, onu da alır. Cibinə uyğun".

Deyir, hazırda ağ mərmərlə bir qəbirüstü minimum 300-400 manata başa gəlir. Maksimum da min manata yaxın xərci var. Həmsöhbətimizin sözlərinə görə, sifarişlər daha çox 300-400 manat arasında olur:

"Min manatlıq sifariş ayda-ildə bir dəfə ola, ya olmaya. Əvvəl əlimizdəki məhsulu - qara mərməri bir ilə satırdıqsa, indi iki ilə ancaq satılar. Güzəştlər edirik. Əvvəl bir daşda əlli manat qazanırdımsa, indi qazanıram 20 manat. Millət də yazıqdır. Endirim edirik ki, onlar da vəziyyətdən çıxsınlar. İşçilərim var. İstədiyim odur ki, hərəsi evinə bir parça çörəkpulu aparsın".

Deyir ki, gömrük sahəsində aparılan islahatlardan sonra xaricdən mal gətirən sahibkarlara endirimlər edirlər. Bunu o, xaricdən məhsul gətirən dost-tanışından eşidib. Amma hələ özü imkan edib Ukraynadan mal gətizdirə bilməyib.

Dəbdəbəli məzarların sonu çatır? - FOTO
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
Dəbdəbəli məzarların sonu çatır? - FOTO
Dəbdəbəli məzarların sonu çatır? - FOTO



3818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___