“Çelsi”nin aparıcı futbolçusu Bakıya gəlməyəcək
Tarix: 13-10-2017 | Saat: 10:39
Bölmə:Karusel / İdman | çapa göndər
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü yenidən həkim müayinəsindən keçib.
DÇ-2018-in seçmə mərhələsində Bolqarıstanla səfər matçının 34-cü dəqiqəsində arxa bud əzələsindən zədələnərək əvəzlənən 26 yaşlı orta sahə oyunçusunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin növbəti tibbi testdən sonra vəziyyətin heç də ürəkaçan olmadığı üzə çıxıb. Belə ki, həkimlər Kantenin zədəsinin komandanın hücumçusu Alvaro Moratadan daha ciddi olduğunu bildiriblər.
Ulduz futbolçunun konkret nə zaman kollektivə qoşulacağı açıqlanmasa da, onun qış fasiləsinə qədər Premyer Liqanın əksər qarşılaşmaları ilə yanaşı, Çempionlar Liqasında “Roma”, “Qarabağ” və “Atletiko” ilə oyunları buraxacağı bildirilib. Bir sözlə, Kantenin dekabrın ortalarına qədər sıraya dönməsi gözlənilmir.
Bundan əlavə, “Çelsi”nin digər yarımmüdafiəçiləri Denni Drinkvoter və Villian da zədədən əziyyət çəkirlər. Hər iki futbolçu Premyer Liqanın VIII turunda “Kristal Pelas”la sabahkı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Xəbəri paylaş
5168 dəfə oxunub.
Digər xəbərlər

25-06-2017, 12:34
"Həzm edə bilməyənlər, getsinlər, su içsinlər" - Hüseyn Əzizoğlu
21-08-2022, 12:01
“Baku Medical Plaza” hegemonluq edir: ölüm halları gizlədilir, şəffaflıq yoxdur, sığorta ilə işləmir…
2-04-2015, 13:11
1 aprel zarafatına inanıb BMV sahibi oldu - Video
11-05-2016, 13:59
Tanınmış yazıçılar prezidentə məktub yazdı - Etiraz
26-02-2022, 14:01
Övlad sahibi ola bilməyənlərin nəzərinə - Müalicəsi pulsuz olacaq
18-02-2023, 10:59
“Dost dar gündə bəlli olur” - Çavuşoğlu Azərbaycana təşəkkür edib
14-11-2018, 17:23
"Elçin deyirdi ki, tez öləcəm, evlənmirəm"
13-07-2021, 08:41
Tələbəyə “şamtutan” deyən direktor məhkəmə qarşısında
2-01-2019, 19:53
Ranar Musayev "Maşın şou"nun qalibini GECƏYARI BELƏ İFŞA ETDİ
3-09-2023, 08:48
Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır"