“Çelsi”nin aparıcı futbolçusu Bakıya gəlməyəcək
Tarix: 13-10-2017 | Saat: 10:39
Bölmə:Karusel / İdman | çapa göndər
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü yenidən həkim müayinəsindən keçib.
DÇ-2018-in seçmə mərhələsində Bolqarıstanla səfər matçının 34-cü dəqiqəsində arxa bud əzələsindən zədələnərək əvəzlənən 26 yaşlı orta sahə oyunçusunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin növbəti tibbi testdən sonra vəziyyətin heç də ürəkaçan olmadığı üzə çıxıb. Belə ki, həkimlər Kantenin zədəsinin komandanın hücumçusu Alvaro Moratadan daha ciddi olduğunu bildiriblər.
Ulduz futbolçunun konkret nə zaman kollektivə qoşulacağı açıqlanmasa da, onun qış fasiləsinə qədər Premyer Liqanın əksər qarşılaşmaları ilə yanaşı, Çempionlar Liqasında “Roma”, “Qarabağ” və “Atletiko” ilə oyunları buraxacağı bildirilib. Bir sözlə, Kantenin dekabrın ortalarına qədər sıraya dönməsi gözlənilmir.
Bundan əlavə, “Çelsi”nin digər yarımmüdafiəçiləri Denni Drinkvoter və Villian da zədədən əziyyət çəkirlər. Hər iki futbolçu Premyer Liqanın VIII turunda “Kristal Pelas”la sabahkı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Xəbəri paylaş
5138 dəfə oxunub.
Digər xəbərlər

11-02-2016, 10:01
Saakaşvili mühafizəçilərdən imtina etdi
30-07-2016, 12:48
““Tərpənən olsa, vur” əmrini verdi”
19-06-2017, 12:35
“Azərbaycana bu il gedəcəyik” – “Beşiktaş” prezidenti
7-08-2016, 14:46
Səni təzə tapmışam itirmək istəmirəm - Nicat Səmədov
5-09-2020, 19:04
Ukrayna səmasında Qarabağ sədası... - Video
28-11-2021, 16:13
Ərdoğan və Berdiməhəmmədovdan birgə BƏYANAT
30-09-2017, 12:33
Diqqət: Saç tökülməsi bu ağır xəstəliklərdən xəbər verir - SİYAHI