Amerikanı heyran qoyan Üzeyir: Məni görənlər deyirdilər ki... – VİDEO
Tarix: 30-06-2015 | Saat: 15:26
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV / Fotogalereya | çapa göndər
“Mən də bu təklifi qəbul etdim”.
Üzeyir Novruzov müsahibə verib.
Xeberaz.az Region TV-yə istinadən xəbər verir ki, “America's got talent” yarışmasına qatılan azərbaycanlı Üzeyir Novruzov öz bacarığı ilə Amerikanı ayağa qaldırdı. İstedadı, qeyri-adiliyi ilə hamını təəccübləndirdi. Üzeyirin bu uğurunun səs-sədası ölkəmizə də gəlib çatdı.
Üzeyir Novruzov 38 yaşındadır. Kiçik yaşlarından Çarli Çaplinin filmlərini izləyir. Beləliklə, arzularını öz kumirinin arzuları ilə eyniləşdirir. Kumiri sirkdə işləmək, sirk ustası kimi məşhurlaşmağı arzulasa da, bu ona nəsib olmayıb. Ondan fərqli olaraq, Üzeyir arzusuna çata bilib.
“Sirk ustası olmaq üçün 6-cı sinifdən bu işə başlamışam. Məktəbi bitirdikdən sonra Moskva sirkində sənətimi davam etdirmişəm. İşə təzə başlayanda qrimlərimi başqası edirdi, amma indi özüm edirəm. İştirak etdiyim səhnəciklərdə məni görənlər Çarli Çaplinə oxşadığımı deyirdilər. Bu səbəbdən də mən Çarli Çaplin obrazını seçdim”, - deyə Üzeyir Novruzov bildirib.
Günlərin bir günündə Üzeyirin “niyə də yox” deyəcəyi bir təklif gəlir:
““America's got talent” verilişinin yaradıcı heyəti internetdə mənim işlərimi görüb, mənə belə bir təklif etdi, məni öz səhnələrində görmək istədilər. Mən də bu təklifi qəbul etdim. Çünki belə böyük bir səhnədə çıxış etmək hər bir sənətçinin arzusudur”.
Onu Çarli Çaplin deyə çağırırlar. O, özü də Çarli Çaplin obrazını vizit kartı hesab edir.
Müsahibənin sonunda Üzeyir Azərbaycan xalqına təşəkkür edib:
“Mənim işlərimi izləyən bütün Azərbaycan xalqına təşəkkür edirəm”.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

23-03-2016, 20:30
Sevginizi gözündən tanıyın! - FOTO
24-06-2015, 14:22
İŞİD indidə bu yolla edam edir- FOTO
30-09-2018, 16:43
Sumqayıtda dəhşətli avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı: 15 yaralı var - YENİLƏNİB
22-07-2016, 17:27
İşğal olunmuş ərazilərimizi unutma! Metroda YENİ LAYİHƏ
6-12-2017, 11:58
Uşaq intiharlarının səbəbi nədir?
12-01-2018, 16:18
Ötən il rekord sayda ipoteka kreditləri verilib
14-09-2018, 20:32
Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi - FOTO