“İmamzadə” ziyarətgahındakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 01-10-2017 | Saat: 16:39
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Gəncə şəhər Baş Polis İdarəsi ötən gecə “İmamzadə” ziyarətgahında baş vermiş hadisələrlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki “İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşurutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb: “Bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada öz dini ayinlərini icra etdiblər. Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranıb.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər”.
Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.
Xəbəri paylaş
5948 dəfə oxunub.
Digər xəbərlər

13-08-2023, 16:48
"Teleqrama baxanda bibimqızının lüt videosunu gördüm" - Astarada evinə kişi çağıran ərli qadın...
15-01-2017, 11:51
"Öz ölkəmin Murad Bozuyam" - Nadir Qafarzadə
26-11-2017, 09:03
Misirdə kütləvi qətli İŞİD-in törətdiyi - Təsdiqləndi
25-11-2016, 12:53
Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA
6-03-2017, 18:34
Dərini tər-təmiz edir, stressi azaldır, həzmi yaxşılaşdırır... Möcüzəli PİVƏ MAYASI
17-10-2017, 15:54
Zaqatalada imam Şeyxin əmrinə tabe olmur - QALMAQAL
19-06-2017, 12:51
Bakıda bazarda satıcılar arasında QANLI DAVA
15-01-2019, 11:02
Deputatlar bu gündən işə çıxırlar
24-06-2021, 12:27
Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar
23-10-2019, 12:20
Parlament seçkilərinin keçirilməsi üçün 51 milyon ayrılacaq